Komitə sədrinin ailəsi ilə bağlı xəbərə AÇIQLAMA

Komitə sədrinin ailəsi ilə bağlı xəbərə AÇIQLAMA
18:42 14 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

"Yanvar ayının 14-də bəzi kütləvi informasiya vasitələrində Bakı şəhərində yerləşən mağazalardan birinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun xanımı Minayə İbrahimovaya məxsus olduğu barədə yayılan məlumatlar əsassızdır".

Milli.Az xəbər verir ki, bu barədə "Report"a Dövlət Komitəsinin sədri Nazim İbrahimovun ailə üzvlərindən biri məlumat verib.

O qeyd edib ki, həmin informasiya tamamilə uydurmadır və heç bir fakta söykənmir: "Qeyd olunan məlumatlarda adıçəkilən mağazalar şəbəkəsinin Nazim İbrahimovun ailə üzvlərindən heç birinə qətiyyən aidiyyəti yoxdur".

Qeyd edək ki, bəzi saytların yazdığına görə, Bakı Metropoliteninin "Sahil" stansiyasının yaxınlığında yerləşən brend geyim mağazası olan "VBC"nin qapıları bağlanıb və üzərinə "İcarəyə verilir" sözləri yazılıb. Həmin xəbərlərdə geyim mağazasının Nazim İbrahimovun həyat yoldaşı Minayə İbrahimovaya məxsus olduğu iddia edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR