Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda "VAZ 2107" "Mercedes"ə çırpıldı: 2 yaralı

Bakıda "VAZ 2107" "Mercedes"ə çırpıldı: 2 yaralı

İçərisində turistlər olan hava şarları yerə çırpıldı: 41 yaralı var (14 Mart 2017 12:22)
Tovuzda “BMW” ilə “VAZ 2107” toqquşdu: 1 ölü, 1 yaralı (10 Mart 2017 22:09)

Tarix: 14 Yanvar 2016 18:42

Kəpəz TV (Region TV) xəbər verir ki, paytaxtın Nərimanov rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ziya Bünyadov prospektində 21 yaşlı Niyaz Bədiyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən maşını yol kənarında dayanan, Əsgər Əsgərova məxsus "Mercedes" markalı avtomobilə çırpıb. Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. "VAZ 2107"də olan sərnişinlər - 22 yaşlı Elman Hüseynov Nicat Abbaslı xəsarət alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. 
Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb. 
Faktla əlaqədar araşdırma aparılır. 

Milli.Az


Teqlər:  Bakıda VAZ 2107 Mercedesə çırpıldı yaralı



RƏYLƏR


Top xəbərlər