İctimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təkliflər Prezidentə təqdim ediləcək (FOTO)

İctimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təkliflər Prezidentə təqdim ediləcək (FOTO)
18:43 14 Yanvar 2016
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda "dəyirmi masa" keçirib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında hökumətin fəaliyyətinə ictimai nəzarətin vacibliyini vurğulaması QHT-lərə ünvanlanmış çağırışdır.

A.Quliyev vətəndaş cəmiyyəti institutlarının hər zaman olduğu kimi, dövlət başçısını və onun həyata keçirdiyi islahatları dəstəklədiyini bildirib: “QHT-lər bu prosesdə yaxından iştirak etməli və ictimai nəzarətin tətbiqi ilə bağlı real təkliflərini açıqlamalıdırlar. Bildiyimiz kimi, “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq dövlət orqanlarının yanında İctimai şuralar yaradılmalıdır. Bu gün biz qanunun tələblərindən irəli gələn və bu məsələ ilə bağlı digər faydalı mexanizmlərin tətbiqini müzakirə edəcəyik”.

Şura sədri qeyd edib ki, manatın məzənnəsində baş verən dəyişikliklərdən sonra ictimaiyyəti narahat edən bir sıra məsələlər meydana çıxıb ki, onların mənfi nəticələrinin minimuma endirilməsi üçün vətəndaş cəmiyyəti institutları imkanlarını səfərbər etməlidir.

Toplantıda çıxış edən Sahib Məmmədov, Əhməd Abbasbəyli, Sabit Bağırov, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Novella Cəfəroğlu, Mehdi Mehdiyev, Eyyub Hüseynov, Rauf Zeyni, Osman Gündüz, Ülkər Abdullayeva, Samir Əliyev, Qalib Bayramov, Umud Mirzəyev, Vüqar Qədirov, Səadət Bənənyarlı, Lyudmila Xəlilova, Sirus Abbasbəyli, Vüqar Zeynalov, Ruslan Atakişiyev, İsrail İsgəndərov, Etimad Əsədov, Samir Adıgözəlli, Davud Rəhimov, Mirəli Hüseynov, Fariz Xəlilli, Nurəddin Mehdiyev, Təhmasib Novruzov, Elməddin Muradlı, Vüsalə Hüseynli, Qorxmaz İbrahimli, Emin Həsənli, Mehriban Zeynalova və digər QHT sədrləri vətəndaşları narahat edən məsələlər və effektiv ictimai nəzarət mexanizmləri haqqında təkliflərini səsləndiriblər.

Toplantıda aşağıdakı sahələr üzrə QHT-lərdən ibarət İşçi Qrupun yaradılması haqqında qərar qəbul edilib:
İqtisadi məsələlər,
Sosial məsələlər,
İctimaiyyətlə əlaqələr.

Toplantıda İşçi qrupların aidiyyəti nazirliklərdə və Mərkəzi Bankda görüşlər keçirməsi və irəli sürülən təkliflərin müvafiq səlahiyyətli şəxslərlə birgə müzakirəsi qərara alınıb. Eyni zamanda paytaxt və regionlarda maarifləndirici seminar və görüşlərin də təşkili haqqında razılığa gəlinib.

Şura sədri A.Quliyev ictimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təkliflərin dövlət başçısına təqdim ediləcəyini və görüləcək bütün işlər haqqında ictimaiyyətin ətraflı məlumatlandırılacağını vurğulayıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

20 Avqust 2017 02:29

Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer

20 Avqust 2017 02:28

Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə... - VİDEO

20 Avqust 2017 02:03

İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

20 Avqust 2017 01:47

Ərdoğan Almaniya XİN rəhbərinə: "Həddini bil"

20 Avqust 2017 01:24

Azərbaycan neftinin SON QİYMƏTİ

20 Avqust 2017 01:23

Sumqayıt bulvarında qəribə qadağalar

20 Avqust 2017 01:19

"Səni hər gün daha çox sevirəm" - arvadından azərbaycanlı müğənniyə

20 Avqust 2017 01:03

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20 Avqust 2017 00:52

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38

26 yaşlı gənc bıçaqlandı

19 Avqust 2017 23:36

"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb

19 Avqust 2017 23:32

Sızanaqları yox edən təbii maskalar - Aspirin, gil, darçın...

19 Avqust 2017 23:23

Bal ayına hazırlaşanlar, diqqət!

19 Avqust 2017 23:21

Barselonada müsəlmanlar etiraz etdilər

19 Avqust 2017 23:19

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

19 Avqust 2017 23:07

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

19 Avqust 2017 23:07

"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir"

19 Avqust 2017 23:03

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

19 Avqust 2017 22:57

"Kopenhagen"dən əzmkar qələbə

19 Avqust 2017 22:57

Kənan Doğulu ilə Beren Saat Bodrumda - FOTOLAR

19 Avqust 2017 22:53

Qurban Qurbanov: "Bu gün Əfan komandaya faydalı oyunçudur"

19 Avqust 2017 22:52

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada

19 Avqust 2017 22:48

Hikmək Hacıyev: "Azərbaycan mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir"

19 Avqust 2017 22:47

27 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandı

19 Avqust 2017 22:44

"Qarabağ" "İnter"i məğlub etdi

19 Avqust 2017 22:34

İnsanın ruhuna rahatlıq verən, baxmaqdan doymayacağınız TƏBİƏT FOTOLARI

19 Avqust 2017 22:33

Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

19 Avqust 2017 22:32

"İnter"in baş məşqçisi: "Qışa kimi bizə çox çətin olacaq"

19 Avqust 2017 22:27

Soğanın qiyməti xeyli ucuzlaşdı - VİDEO

19 Avqust 2017 22:23

Rusiya prezidentinə paytaxtı dəyişmək təklif olunub

19 Avqust 2017 22:22

VİDEO: Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə...

19 Avqust 2017 22:18

"Qarabağ" "İnter"i məğlub edib

19 Avqust 2017 22:07

İlham Əliyev: “Yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq”

19 Avqust 2017 22:03

Türkiyədə zibil maşınında partlayış

19 Avqust 2017 22:02

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada - YENİ VİDEO

19 Avqust 2017 21:48

"Neftçi" debütanta da uduzdu - VİDEO

19 Avqust 2017 21:47

Kişinin diqqətini cəlb etməyin yolları

19 Avqust 2017 21:42

Prezident: "Kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək"

19 Avqust 2017 21:39