Rusiya polisi azərbaycanlını qatarda belə həbs etdi

Rusiya polisi azərbaycanlını qatarda belə həbs etdi
18:51 14 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yekaterinburq şəhərində mikrodalğalı sobada iki kilo həşiş daşıyan əcnəbi saxlanılıb.

ANS PRESS-in məlumatına görə, saxlanılan şəxs Azərbaycan vətəndaşı olub. Xarici KİV-lərin verdiyi məlumatlara görə, Maqnitaqorskadan gələn qatara baxış keçirərkən, saxlanılan şəxsin yanında iri çanta və qutuda mikrodalğalı soba aşkarlanıb.

Polis əməkdaşları azəbaycanlıdan sənədləri təqdim etməyi xahiş edib. Sənədləri verməyən və əsəbləşən həmyerlimizdən şübhələnən polis əməkdaşları onun əşyalarına baxış keçirmək qərarına gəliblər.


Mikrodalğalı sobada aşkar olunan həşiş


Axtarışlar nəticəsində sobada sıxılmış iki briket tapılıb. Ekspertlər onun həşiş olduğunu müəyyən ediblər. Üzərində olan qızılı möhürlər, həşişin İran mənşəli olduğundan xəbər verib. Onun ümumi kütləsinin iki kiloqramdan çox olduğu ehtimal olunur.


Həşişin üzərində qızılı möhür


"Saxlanılan şəxs 48 yaşlı Azərbaycan vətəndaşıdır. O, Qazaxıstanda yaşayır. Kişinin dediklərinə görə, o, Maqnitoqorskadan Surquta gedirmiş. Yekaterinburqda isə bir tanışının xahişi ilə eniş edib ki, tanışının onunla göndərdiyi qutunu başqa birinə versin. Bu zaman o, polis əməkdaşları tərəfindən saxlanılıb. O, qutuda həşişin varlığından xəbərsiz olduğunu bildirib", - deyə Rusiya Federal xidmət idarəsindən bildiriblər.


Aşkar olunaraq, götürülən həşiş


Azərbaycan vətəndaşı barəsində külli miqdarda narkotik vasitələrin satışı ilə bağlı cinayət işi açılıb. Onu 10 ildən 20 ilədək həbs və bir milyon rubl (20400 AZN) cərimə gözləyir. Hazırda o, müvəqqəti saxlama təcridxanasındadır.









Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR