Mingəçevirdə miqrasiya ilə bağlı səyyar xidmət təşkil edilib

Mingəçevirdə miqrasiya ilə bağlı səyyar xidmət təşkil edilib
18:58 14 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 14 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Yevlax Regional Dövlət Miqrasiya Xidməti İdarəsi Mingəçevir şəhərində vətəndaşlar üçün səyyar xidmət təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirdiyi barədə məlumat verilib.
Vətəndaşlar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı Xidmətin gördüyü işlər barədə məlumatlandırılıblar. Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq həm də elektron qaydada qəbul edilir.
Sonra vətəndaşların iştirakı ilə səyyar xidmət həyata keçirilib. Gün ərzində səyyar xidmətin imkanlarından 150 nəfər istifadə edib. Onlardan 51 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı sənədləri qəbul olunub. Əcnəbi və ya vətəndaşlığı olmayan 20 nəfərdən müvəqqəti, 5 nəfərdən isə daimi yaşama icazələrinin verilməsi ilə bağlı sənədlər qəbul edilib. Bundan əlavə, 17 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 24 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 25 nəfərə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevirde_miqrasiya_ile_bagli_seyyar_xidmet_teskil_edilib-918504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR