Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda məhkəmə jurnalistə cəza verib

Azərbaycanda məhkəmə jurnalistə cəza verib

Date: 14 January 2016 18:59

Bu gün Xətai Rayon Məhkəməsində “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə hökm oxunub.

 

Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, hakim Habil Məmmədov baş redaktora əmək haqqının 15 faizinin dövlət nəfinə köçürülməsi ilə 1 il 6 ay islah işi cəzası verilməsi barədə qərar qəbul edib.

 

Qeyd edək ki, E.Məhərrəmli Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərov tərəfindən məhkəməyə verilib.

 

BDYP rəisi saytın 31 avqust tarixli buraxılışında yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib.

 

E.Məhərrəmli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

 


Tags:  Azərbaycanda məhkəmə jurnalistə cəza verib

RƏYLƏR


Top news