Şimon Peres infarkt keçirdi

Şimon Peres infarkt keçirdi
19:06 14 Yanvar 2016
25 Şou
Ölkə mətbuatı
A- A+

İsrailin keçmiş prezidenti Şimon Peres ürəyində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Axşam.az anspress-ə istinadən xəbər verir ki, keçmiş prezident sinə nahiyəsində şiddətli ağrılarla həkimə müraciət edib. 92 yaşlı prezidentin infarkt keçirdiyi və əməliyyat olunduğu bildirilir. Təl-Əviv yaxınlığındakı xəstəxanalardan birində əməliyyat olunan prezidentin vəziyyəti hazırda qənaətbəxşdir. Bu barədə mətbuata açıqlamanı eks-prezidentin sözçüsü Ayelet Friş verib.

Keçmiş prezident 1923-cü il avqust ayının 2-də Polşanın Vişneva rayonunda anadan olub. O, İsrailin sayca 9-cu prezidenti olub. O, 1959-cu ildən 2006-cı ilə qədər dəfələrlə İsrail parlamenti Knessetə üzv seçilib. "Avod" (Fəhlə) Partiyasının lideri olub.
 
1994-cü ildə Yasir Ərəfat və İsaak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb. 2007-ci il iyunun 13-də isə Ş.Peres İsrail prezidenti seçilir. O, ilk turda Knessetdə 120 millət vəkilinin 58-nin səsini toplaya bilir.
 
İkinci turda digər iki namizədin öz namizədliklərini geri götürməsindən sonra Peres İsrail prezidenti seçilir. 2008-ci ilin noyabrında isə Böyük Britaniya Krallığı tərəfindən "Böyük xaç" cəngavər ordeni ilə təltif edilib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR