İSESKO üzrə Milli Komissiyası yaradıldı - SƏRƏNCAM

İSESKO üzrə Milli Komissiyası yaradıldı - SƏRƏNCAM
19:19 14 Yanvar 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Lent.azın AzərTAc-a istinadən məlumatına görə, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası aşağıdakı tərkibdə yaradılıb:

 

Komissiyanın sədri

 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 

Komissiyanın üzvləri

 

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

 

Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

 

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə

 

Dövlət Komitəsi sədrinin müavini

 

Səyyad Salahlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

 

Dağbəyi İsmayılov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktorunun müavini

 

Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

 

Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.

 

Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR