Elnarədən Xatirəyə cavab: "İnsan gərək qabiliyyətli olsun"

Elnarədən Xatirəyə cavab: "İnsan gərək qabiliyyətli olsun"
19:22 14 Yanvar 2016
160 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Xatirə İslamın "Toy, məclis sayəsində özünə gün-güzəran qazanır, kəndinə su çəkdirir, atasına ev tikdirir, sonra da deyir ki, "Yox-yox, müğənni qız almaram" sözlərinə əməkdar artist Elnarə Abdullayeva münasibət bildirib.

Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən E. Abdullayeva X. İslamın cavabını belə verib:

"İnsan gərək imanlı, qabiliyyətli olsun. Kiminsə haqqımda nə deməsi qətiyyən mənə maraqlı deyil. Ümumiyyətlə, mənim Xatirə ilə problemim yoxdur. Yenə bu söz-söhbət haradan çıxdı? Oğru elə bilir ki, hamı oğru, doğru da elə bilir ki, hamı doğrudur. Sadəcə mən o vaxt açıqlama vermişdim  ki, "oğluma müğənni qız almaram". Bu sözlər onun xoşuna gəlməmişdi. Mən yenə də öz fikrimdə qalıram. Oğluma müğənni qız alandan sonra mən də, gəlinim də toyda olsaq, bəs evdəki kişilərə kim baxacaq? Xatirə barəmdə danışıb, danışsın da... Həmişə demişəm kim nə danışır, danışsın. Hər kəsin öz ağlı, mədəniyyəti, qabiliyyəti və dünyaya baxış tərzi var. Mənim tərbiyəm başqadır, Xatirənin tərbiyəsi başqa. Oğluma müğənni qız almaram. Çünki qocalanda müğənni gəlin istəmərəm. İnşallah, Allah qismət eləyər, Xatirə də oğluna müğənni qız alar. Onda görək, gəlin ona baxacaq, yoxsa baxmayacaq".

Qeyd edək ki, X. İslam bir neçə gün öncə "5/5" verilişində qonaq olan zaman E.Abdullayevaya söz ataraq, bu sözləri demişdi: "Müğənniyə nə olub ki? Hamısının gözəl ailəsi, evi-eşiyi, özlərinə görə adları, şəhərdə hörmətləri var. İki-üç nəfərə görə hamını pisləmək olmaz. Düzdür, müğənnilik çətindir. Amma insan öz sənətinə hörmətsizlik etməməlidir. Toy, məclis sayəsində özlərinə gün-güzəran qazanırlar, kəndinə su çəkdirirlər, atasına ev tikdirirlər, sonra da deyirlər ki, "Yox-yox, müğənni olmaz". Bunu necə edə bilərlər? Bu yolla qazandığınız çörəyə qiymət qoyun, hörmətsizlik etməyin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR