Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyalı deputat: "Rusiya və Azərbaycanın arasını vurmaq cəhdləri bir nəticə verməyəcək"

Rusiyalı deputat: "Rusiya və Azərbaycanın arasını vurmaq cəhdləri bir nəticə verməyəcək"

Rusiyalı komitə sədri rəsmi Moskva ilə Bakını bir-birini dəstəkləməyə çağırdı (02 Mart 2017 10:13)
""Referendum" keçirilməsini görməmək beynəlxalq təşkilatların nüfuzuna xələl gətirəcək" (20 Fevral 2017 08:12)

Tarix: 14 Yanvar 2016 19:22

Bakı. 14 yanvar. REPORT.AZ/ "Dünyada müşahidə olunan iqtisadi böhran və neftin qiymətinin aşağı olması Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın fəallaşmasına gətirib çıxaracaq".
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu sözləri Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.
"Azərbaycan artıq məhsullarının tədarükünə görə Rusiyada ilk yerlərdən birini tutur. Rusiya isə kənd təsərrüfatı texnikası, ağır texnikanın tədarükü ilə Azərbaycan bazarındakı mövqeyini gücləndirəcək", - deyə D.Savelyev bildirib.
Öz növbəsində, Dövlət Dumasının deputatı Roman Xudyakov uğurlu əməkdaşlığın əsas səbəbi kimi iki ölkənin rəhbərləri arasında qarşılıqlı anlaşmanı və qardaş xalqlar arasında qarşılıqlı hörməti göstərib. O bildirib ki, bir çox ölkələrdən fərqli, Rusiya Azərbaycanın öz siyasətini həyata keçirməsinə və öz maraqlarını qorumasına hörmətlə yanaşır.
Deputatın fikrincə, son illərdə hər iki ölkə Avropa dövlətləri və ABŞ ilə münasibətlərdə çətinliklər yaşayır, amma bu, nəinki Rusiya və Azərbaycan arasında qarşıdurmaya gətirib çıxaracaq, hətta əksinə, ölkələrin yaxınlaşmasına təkan verəcək: "Rusiya və Azərbaycanın arasını vurmaq cəhdləri bir nəticə verməyəcək. Bizi ortaq keçmişimiz birləşdirir".

Teqlər:  Rusiyalı deputat Rusiya Azərbaycanın arasını vurmaq cəhdləri nəticə verməyəcək



RƏYLƏR


Top xəbərlər