Britaniyalı aktyor Alan Rikman 69 yaşında vəfat edib

Britaniyalı aktyor Alan Rikman 69 yaşında vəfat edib
19:23 14 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Britaniyalı aktyor Alan Rikman yanvarın 14-də Londonda 69 yaşında vəfat edib. Aktyorun ölüm xəbərini onun qohumları da təsdiqləyib. Onun son illər xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Alan Rikman bir neçə nəsil tamaşaçının sevimli aktyoru olub. Gənc nəsil onu “Harri Potter” filmindəki professor Severus Sneqq rolu ilə xatırlayır.
Xatırladaq ki, Alan Rikman 1988-ci ildə “Çətin hədəf” filminin ekranlara çıxması ilə məşhurlaşıb. O, həmçinin “Robin Qud: Oğruların şahzadəsi”, “Şüur və hisslər”, “Rasputin”, “Qar piroqu”, “Parfümer. Bir qatilin hekayəti” və bir çox başqa məşhur filmlərdə rol alıb.
Aktyor Venesiya kino festivalında iki mükafat qazanan “Qış qonağı” filmini çəkərək özünü rejissor kimi də sınayıb. Rikman, eyni zamanda, “Qızıl qlobus”, “Emmi”, BAFTA mükafatlarının laureatı olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyali_aktyor_Alan_Rikman_69_yasinda_vefat_edib-918518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR