Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

FİFA "Real" və "Atletiko"ya transfer qadağası qoydu (FOTO)

FİFA "Real" və "Atletiko"ya transfer qadağası qoydu (FOTO)

Date: 14 January 2016 19:26

FİFA “Real Madrid” ilə “Atletiko Madrid” klublarına 2017-ci ilə kimi yeni oyunçuları qeydiyyatdan keçirməyə icazə verilməyəcək

ANS PRESS-in məlumatına görə, FİFA-nın qərarına görə Madrid klubları yeni transfer etdiyi oyunçuları qeydiyyatdan keçirməyə qadağa qoyulub.

FİFA-nın İntizam Komitəsi Madrid klubları ilə bağlı araşdırma apardıqdan sonra bu qərarı qəbul edib. Araşdırmaya isə hər iki komandanın 18 yaşa çatmamış futbolçuların transferində qanun pozuntusuna yol verməsi səbəb olub.


Yozef Blatter

Bir müddət vvəl FİFA prezidenti vəzifəsindən kənarlaşdırılan Yozef Blatter deyib ki, “Real Madrid” və “Atletiko Madrid” klubları cəzalandırıla bilər. Blatter qeyd edib ki, Madrid klubların etdiyi səhvi “Barselona”da edə bilər. Əgər bu aşkar olunsa komandalar cəzalanmalıdı.


"Real Madrid" klubu məşq zamanı

"Atletiko Madrid" İspaniya çempionatında 19 oyundan sonra 44 xalla liderdir. "Kral" klubu isə 19 oyundan sonra "Barsa"dan geri qalaraq 3-cü pillədədir.


İspaniya çempionatının turnir cədvəli

Həmçinin oxuyun: "Real Madrid" və "Barselona" cəzalandırıla bilər

Tags:  FİFA Real Atletikoya transfer qadağası qoydu FOTO

RƏYLƏR


Top news