Cavid Qurbanov: "Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir"

Cavid Qurbanov: "Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir"
19:32 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ "Bu kimi marşrutların açılması, sayının artırılması və Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir". "Report"un məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. 
O qeyd edib ki, bu istiqamət üzrə ay ərzində ən az 8 qatarın yük daşıması nəzərdə tutulur: "Bu gün Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmiryolu marşrutunun təşkili layihəsi çərçivəsində dörd ölkə arasında protokol imzalandı. Bu sənədin imzalanması ölkələr arasında yeni marşrutun açılması deməkdir. Müzakirələr zamanı ölkələr arasında bərabərhüquqlu aşağı tarif siyasəti müəyyənləşdirdik. Bu sənədlər sözügedən marşrut üzrə yükdaşımaların həyata keçirilməsinə daha rahat və əlverişli şərait yaradacaq. Tariflər artıq müəyyənləşdirilib. Təqribən fevral ayının 15-20-nə qədər “Ukrayna Dəmir Yolu” SC Qara Dəniz keçidindən (Odessa, Batumi, Poti və s. qədər) yükdaşıma tariflərini hesablayacaq. Sonda artıq yekun tarif qərarı açıqlanacaq. Biz çalışacağıq ki, son müəyyən ediləcək tarif rəqabətədavamlı olsun".

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/cavid-qurbanov-azerbaycan-uzerinden-tranzit-yukdasimalarin-heyata-kecirilmesi-olkenin-valyuta-gelir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR