Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Belavia” Bakıya da biletlərin qiymətini azaldıb

“Belavia” Bakıya da biletlərin qiymətini azaldıb

Date: 14 January 2016 19:38


Minsk, 14 yanvar, AZƏRTAC
“Belavia” aviaşirkəti 16 istiqamət üzrə biletlərin qiymətini azaldıb. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, bu məlumat Belarus aviaşirkətinin Facebook səhifəsində yerləşdirilib.
Stokholm, Helsinki, Budapeşt, Xarkov, Odessa və Kiyev şəhərlərinə biletin qiyməti 149 avro, Bakı, Nitsa, Paris, Astana, London, Almatı, Cenevrə, Aşqabad, Təl-Əviv, Barselona şəhərlərinə biletin qiyməti 249 avro müəyyən edilib. Buraya hər iki istiqamətdə uçuşun qiyməti və rüsumlar daxildir.
Xatırladaq ki, bu qiymətlər yanvarın 14-dən martın 31-dək səyahətlərə tətbiq ediləcək. Biletləri bu qiymətə yalnız yanvarın 14-dən 20-dək ala bilərsiniz.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk,

Tags:  Belavia Bakıya biletlərin qiymətini azaldıb


RƏYLƏR


Top news