ATƏT sədri: "Dialoqları davam etdirəcəyik"

ATƏT sədri: "Dialoqları davam etdirəcəyik"
19:39 14 Yanvar 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

“ATƏT-in fəaliyyəti təkcə Ukrayna münaqişəsi ilə məhdudlaşmayacaq. ATƏT məkanında uzun illər davam edən Dnestryanı və Dağlıq Qarabağ kimi münaqişələr var”. APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Vyanada mətbuat konfransında deyib.

 

“Biz münaqişə tərəfləri ilə intensiv şəkildə dialoqları davam etdirəcəyik”, -deyə ATƏT sədri qeyd edib.

 

Ştaynmayer əlavə edib ki, Almaniya ATƏT sədri olaraq məsuliyyəti dərk edir, ATƏT-in dialoq və etimad quruculuğu üçün yaxşı forum olduğuna inanır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR