Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2020-ci ilə qədər Transxəzər nəqliyyat dəhlizi üzrə daşımaların həcmi artacaq

2020-ci ilə qədər Transxəzər nəqliyyat dəhlizi üzrə daşımaların həcmi artacaq

Date: 14 January 2016 19:43


Bakı, 14 yanvar, Laçın Sultanova, AZƏRTAC
2020-ci ilə qədər Transxəzər nəqliyyat dəhlizi üzrə daşımaların ümumi həcmi 300 min konteynerdən çox olacaq.
AZƏRTAC xəbər verir ki, “Qazaxıstan dəmir yolları” səhmdar cəmiyyətinin prezidenti Askar Mamin bu fikri Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolları rəhbərlərinin Bakıda keçirilən görüşündə səsləndirib.
“Qazaxıstan dəmir yolları” SC-nin rəhbəri bu nəqliyyat dəhlizinin yüksək potensiala malik olduğunu göstərərək bildirib ki, Avropa ilə Asiya arasında ticarətin həcminin artmasını nəzərə alaraq daşımaları xeyli artırmaq olar. A.Mamin onu da xatırladıb ki, 2015-ci ildə Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Çindən Avropaya gedən konteyner qatarlarının eksperimental səfərləri uğurlu olub.

Tags:  2020-ci Transxəzər nəqliyyat dəhlizi üzrə daşımaların həcmi artacaq



RƏYLƏR


Top news