Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Oskar nominantları elan olundu: di Kaprio "əbədi uğursuzluğu" qıracaq?

Oskar nominantları elan olundu: di Kaprio "əbədi uğursuzluğu" qıracaq?

Date: 14 January 2016 19:47

Bu gün Amerika kinoakademiyası "Oskar" mükafatının nominantlarını elan edib. 

Milli.Az-ın məlumatına görə, modern.az xarici KİV-ə istinadən xəbər verir ki, "Ən yaxşı kinoaktyor" nominasiyasında Leonardo Di Kaprio, Brayan Krenston, Mett Deymon, Eddi Redmeyn Maykl Fassbender namizəd olublar. 

"İkinci plan ən yaxşı kişi aktyor" nominasiyasında isə Kristian Beyl, Mark Raffolo, Mark Raylans Silvestr Stallone yer alıblar.  Xatırladaq ki, 88-ci "Oskar" kinomərasimi fevralın 28-də Los-Ancelesdə keçiriləcək. 

***

"İlin ən yaxşı filmi" nominasiyasında isə 10 namizəd var.

"Sağ qalmış" - Alexandro Qonzalez İnyarittu

"Casus körpüsü" - Stiven Spilberq

"Marslı" - Ridli Skot

"Kerol" - Tod Heyns

"Diqqət mərkəzində" -  Tom Makkarti

"Azalan oyun" - Adam Makkey

"Otaq" - Leonard Abrahamson

"Bruklin" - Con Krauli

"Vəhşi Maks: qəzəb yolu" - Corc Miller  

"Ən yaxşı rejissor" nominasiyasında Ridli Skot "Marslı", Alexandro İnyarittu "Sağ qalmış", Stiven Spilberq "Casus körpüsü", Tod Heyns "Kerol" və  Tom Makkarti "Diqqət mərkəzində" filmlərinə görə təmsil olunurlar.  

"Ən yaxşı" qadın aktrisa nominasiyasında isə Bri Larson "Otaq", Keyt Blanşet "Kerol", Sirşa Ronan "Bruklin", Cenifer Lourens "Coy" və Şarlotta Remplinq "45 il" filmlərinə görə bu şərəfə nail olublar. 

Milli.Az


Tags:  Oskar nominantları elan olundu di Kaprio əbədi uğursuzluğu qıracaq


RƏYLƏR


Top news