Terrorçulara aid simvolikanın yayılmasına görə cəza tədbirləri sərtləşdirilir

Terrorçulara aid simvolikanın yayılmasına görə cəza tədbirləri sərtləşdirilir
19:52 14 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Misir hökuməti ölkənin Cinayət Məcəlləsinə terrorizmlə bağlı simvolların hər hansı şəkildə yayılmasının və nümayiş etdirilməsinin qadağan olunması barədə düzəlişləri bəyənib.

Milli.Az AZERTAC-a istinadən bildirir ki, Misirin Əl-Youm əs-Sabi xəbər portalında verilən məlumata görə, Misir prezidenti Əbdül Fəttah əs-Sisi Cinayət Məcəlləsinin yeni maddəsini hökumətin müzakirəsinə təqdim edib. Bu maddəyə əsasən, sözügedən əmələ görə azadlıqdan məhrumetmə və 10-30 min Misir funtu məbləğində cərimə şəklində cəza nəzərdə tutulur.

Portalda qeyd edilir ki, ölkədə və onun hüdudlarından kənarda terrorçu strukturları təbliğ edən və dəstəkləyən plakatların, vərəqələrin, emblemlərin, fotoşəkillərin, hətta əllə çəkilmiş rəsmlərin hazırlanması, satışı, çap edilməsi, yayılması, yapışdırılması, nümayiş etdirilməsi və ya xaricdən gətirilməsi ilə məşğul olan şəxsləri cəza gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR