Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Dövlət Opera və Balet Teatrında balet axşamı keçiriləcək

Azərbaycan Dövlət Opera və Balet Teatrında balet axşamı keçiriləcək

Date: 14 January 2016 19:53


Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 17-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Dmitri Şostakoviçin “Xanım və Xuliqan” və Sergey Prokofyevin “Tamahlar” baletlərindən ibarət balet axşamı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, rus balet sənətinin ən dəyərli nümunələrindən olan “Xanım və Xuliqan” tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək. Əsas rollarda Xalq artisti Kamilla Hüseynova, aparıcı solistlər Anar Tahirov, Faiq Qubatov, həmçinin Əməkdar artist Alsu Qimadiyeva çıxış edəcəklər.
baleti 2003-cü ildə fransalı xoreoqraf Alen Amber tərəfindən səhnəyə qoyulub. Tamaşa rus bəstəkarı S.Prokofyevin “Klassik simfoniy”sı əsasında səhnələndirilmişdir.
“Tamahlar” baletinin dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir. Solistlər Xalq artisti Kamilla Hüseynova, Əməkdar artistlər Yuri Lobaçov, Alsu Qimadiyeva, aparıcı solistlər Makar Ferştandt, Timur Oduşev, Failə Bolqarova, Veronika Arazova və başqalarıdır.

Tags:  Azərbaycan Dövlət Opera Balet Teatrında balet axşamı keçiriləcək


RƏYLƏR


Top news