Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımaların tarifləri fevralda müəyyənləşəcək

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımaların tarifləri fevralda müəyyənləşəcək
19:53 14 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, Elvin Camalov, AZƏRTAC
Fevral ayının ortalarınadək Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün vahid tarif müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə tariflər artıq müəyyənləşdirilib, sadəcə olaraq Ukrayna tərəfi fevral ayının ortalarınadək İliçevsk yaxud  Odessadan Gürcüstanın Batumi və Poti limanlarına qədər olan məsafəni müəyyən etdikdən sonra sonuncu qiymət müəyyənləşdiriləcək və ictimaiyyətə açıqlanacaq.
QSC sədri qeyd edib ki, məqsəd qiymətlərin rəqabətə davamlı olmasını təmin etməkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Transxezer_Neqliyyat_Marsrutu_uzre_yukdasimalarin_tarifleri_fevralda_mueyyenlesecek-918538

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR