"Özünü axmaq yerinə qoyma!"

"Özünü axmaq yerinə qoyma!"
19:57 14 Yanvar 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

"Sosial şəbəkədə özünü axmaq yerinə qoymaqdan əl çək". Bu sözləri Sürixdə təşkil olunmuş "Qızıl top"un təqdimat mərasimindən öncə Ronaldunun Dani Alveşə dediyi iddia edilir. Goal.az ispan mətbuatına istinadən xəbər verir ki, Ronaldu braziliyalı müdafiəçini İnyestadan ibrət almağa çağırıb.

"Sən səhv edirsən, iki klub arasındakı münasibətləri korlayırsan. "Real" haqqında fikir söyləməkdənsə, özün haqqında düşün. Sənin yanında İnyesta kimi əsl idmançı və alicənab insan var. Ondan nümunə götür".

FİFA-nın baş qərargahında, mərasimdən əvvəl portuqal ulduzun Alveşlə görüşmək istəmədiyi də bildirilir. Məlumata görə, Ronaldunu özündən çıxaran son "El Clasico"dan sonra təcrübəli müdafiəçinin ona aid fikirləri olub. Alveş həmkarını eqosentrizmdə ittiham etmişdi. "Ronaldu bu məğlubiyyətdə özündən başqa hamını günahkar görür", - "sambaçı" qeyd etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR