Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikinti işlərinin 85%-i yekunlaşıb"

Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikinti işlərinin 85%-i yekunlaşıb"
19:57 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikinti işlərinin 85%-i yekunlaşıb". "Report" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. 
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə marşrutun tam istifadəyə verilməsi üçün yalnız yekun işlər görülür: "Dəmiryolu xətti Bakıdan Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə qədər gedəcək. Azərbaycanla Türkiyəni birləşdirəcək bu dəmiryolunun uzunluğu 183 km-dir. Artıq bu yolda sınaq keçirilib. Demək olar ki, Azərbaycan tərəfinin nəzarət etdiyi yol istismara hazırdır. Amma yenə də biz yanacaqla işləyən lokomotivlə həmin yolda hərəkəti təmin edə bilərik. Hətta yükdaşımaların həyata keçirilməsi də mümkündür. Axalkalakiyə qədər maye formasında olmayan, yığılması mümkün olan yüklər daşına bilər. Dünyada baş verən iqtisadi böhran tikinti işlərinə maneçilik yaratmayıb. Dövlət başçısının göstərişi ilə bu layihə üçün Neft Fondundan maliyyə vasaiti ayrılıb. Baxmayaraq ki, hazırda tikinti ərazisində 20-22 dərəcə şaxta olsa da, yerli mühəndislərimiz tikinti işlərini davam etdirir".

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/cavid-qurbanov-baki-tbilisi-qars-demiryolu-xettinin-tikinti-islerinin-85-i-yekunlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR