Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Respublika fənn olimpiadalarının birinci mərhələsi yanvarın 17-də olacaq

Respublika fənn olimpiadalarının birinci mərhələsi yanvarın 17-də olacaq

Date: 14 January 2016 20:03


Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 17-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bilik yarışında 27 min 500-dən çox şagird iştirak edəcək.
Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya fənləri üzrə IX-XI sinif şagirdləri arasında keçirilir. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə cavablandırmaq üçün maksimum üç saat vaxt verilir.
Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 27-dək respublika təşkilat komitəsi tərəfindən elan ediləcək. Hər fəndən və hər sinifdən ən azı 60 faiz nəticə göstərən ən yaxşı üç şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.
İnformatika fənni üzrə rayon (şəhər) mərhələsinə qatılmaq istəyənlər www.informatika.edu.az internet səhifəsində qeydiyyatdan keçərək online müsabiqədə iştirak edəcəklər. Rayon (şəhər) mərhələsinin informatika fənni üzrə tapşırıqları qeyd olunan saytda yanvarın 17-də saat 10.00-dan etibarən nümayiş etdiriləcək.

Tags:  Respublika fənn olimpiadalarının birinci mərhələsi yanvarın 17-də olacaq


RƏYLƏR


Top news