Gəncəlilərin sayı qəfil "artdı": "Heç ailəli deyil..."

Gəncəlilərin sayı qəfil "artdı": "Heç ailəli deyil..."
20:05 14 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə su pulunun ödənişi ilə bağlı ailə tərkiblərinin düzgün göstərilməməsi "Sukanal" Törəmə Səhmdar Cəmiyyəti ilə vətəndaşlar arasında narazılıq yaradıb. Abonentlər ailə tərkibinin düzgün göstərilməməsindən, qarşı tərəf isə Mənzil İstismar sahələrinin saxta arayış verməsindən şikayətlənir. Ətraflı qarşıdakı materialda...

Gəncədə yeni ilin başlanğıcında su pulunun ödənişi ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Bu gün səhər saatlarından sakinlərin Gəncə "Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin inzibati binasına axını müşahidə olunub. Kəpəz TV (Region TV) xəbər verir ki, abonentlər evlərinə göndərilən bildirişlərdə ailə tərkiblərinin düzgün göstərilməməsindən şikayətlənirlər. 

Tofiq Əsgərov - abonent: "Evdə bir nəfər var. Ancaq 4 nəfər yazılıb. Şikayətimizə də baxan yoxdur. Hansı otağa daxil olursan, deyir gedin kimə deyirsiniz, deyin". 

Hüseyn Abdullayev - abonent: "Hüseynova Zərinə ailəli deyil. 15 ildir bir nəfər kimi su pulu verir. 2015-ci ilin dekbar ayının 1-dən isə 4 nəfər yazıblar. Bu, ailəli də deyil, tək yaşayır, necə 4 nəfər ola bilər?!"

Sakinlər ailə tərkiblərinin artırılmasına birmənalı olaraq etiraz edirlər. Onlar vəziyyətdən çıxış yolu kimi mənzillərin sayğacla təchiz edilməsini göstərirlər. 

Akif Rüstəmov - abonent: "Gəldilər-getdilər, bir dəfə gəldi 10, bir dəfə gəldi ki, 12 manat ver, sayğac qoyaq. Sonda dedim verirəm, qoyun, yenə əməl etmədilər, çıxıb getdilər. Dedilər, sayğac yoxdur". 

"Azərsu" ASC-nin "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən isə bildirirlər ki, abonentlərin ailə tərkibləri ilə bağlı küçə üçlükləri və Mənzil İstismar sahələrindən verilən arayışlar keçərli deyil. Ona görə də vətəndaşlar ailə tərkibləri haqqında arayışları "ASAN Xidmət" mərkəzindən almalıdırlar.

Törəmə Səhmdar Cəmiyyətin müştəri xidmətləri şöbəsinin rəisi Bəxtiyar Məmişovun sözlərinə görə, əgər hər hansı abonent arayış təqdim etməkdən imtina edib mənzilinə sayğac quraşdırmaq istəyirsə, bu, onun şəxsi vəsaiti hesabına həyata keçirilir. 

Bəxtiyar Məmişov - Gəncə Sukanal TSC-nin şöbə rəisi: "Gəncə şəhərinin su və kanalizasiya şəbəkəsi dəyişdirilir. Yeni xətlər çəkildikdcə əhaliyə pulsuz olaraq smartkart tipli elektron sayğaclar quraşdırılır. Bu gün mexaniki sayğacların quraşdırılması abonentin özü tərəfindən həyata keçirilir". 

Məsələyə bu gün keçirilən vətəndaş qəbulunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də münasibət bildirib. 

Elmar Vəliyev - Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: "Bütün qaz, işıq, su sayğaclarının dəyəri dövlət tərəfindən ödənilir. İndi müraciətlər oldu, bəzi şəxslər bundan istifadə etmək istəyir. Vətəndaş buna görə heç nə ödəməli deyil". 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"Zəhərli zob"un əsas ƏLAMƏTLƏRİ: nələr təhlükəlidir?

24 Aprel 2017 23:32

"Bavariya" sabiq hücumçusunu qaytarmaq istəyir

24 Aprel 2017 23:32

Tramp BMT-də islahatlara çağırıb

24 Aprel 2017 23:27

Bu içkiləri qarışdırmayın - QORXUNC NƏTİCƏ

24 Aprel 2017 23:23

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

24 Aprel 2017 23:22

Hamilə xanımına məşhur aktrisa ilə xəyanət edir - FOTO

24 Aprel 2017 23:17

Bu içkilərin istehlakı İNSULT VƏ AĞIL ZƏİFLİYİNƏ səbəb olur

24 Aprel 2017 23:17

52 yaşlı Monika Belluççi gözəlliyi ilə hamını valeh etdi -

24 Aprel 2017 23:14

Cey Lo sevgilisi ilə görüşə transparan geyimdə getdi - FOTO

24 Aprel 2017 23:12

Hamiləlik zamanı smartfondan istifadə etməyin! - GİZLİ TƏHLÜKƏ

24 Aprel 2017 23:12

Rusiya XİN-dən Dilqəm Əsgərov haqda açıqlama

24 Aprel 2017 23:12

İlin ən əsas film hadisəsinə günlər qaldı

24 Aprel 2017 23:05

Tez-tez köpürsünüzsə... - 5 SADƏ MƏSLƏHƏT

24 Aprel 2017 23:05

Tramp Merkelə zəng etdi

24 Aprel 2017 23:04

Putindən YENİ HƏMLƏ: 2015-ci ilin ssenarisi təkrarlanır

24 Aprel 2017 23:03

BİOLOJİ YAŞINIZI təyin edin - SADƏ TEST

24 Aprel 2017 22:57

Bakı səmasında inanılmaz hadisə

24 Aprel 2017 22:54

Dəri üzərindəki nöqtələrə neyrofizioloji reflekslərlə təsir

24 Aprel 2017 22:52

Hamilə aktrisanın yeni fotoları

24 Aprel 2017 22:52

Bu içkilər beldəki yağları yandırır - RESEPT

24 Aprel 2017 22:52

Məşhurların İnstaqram biznesi - milyon dollarlıq paylaşım

24 Aprel 2017 22:52

Filmlərdəki maraqlı səhnələr BELƏ ÇƏKİLİR - FOTOLAR

24 Aprel 2017 22:48

Tramp və Merkel arasında telefon danışığı olub -

24 Aprel 2017 22:45

20 milyon insan ölə bilər - ŞOK AÇIQLAMA

24 Aprel 2017 22:42

Məşhur müğənni "Eşkıya dünyaya hükümdar olmaz"da - FOTO

24 Aprel 2017 22:37

Tramp, Putin və Kim ilk dəfə bir yerdə - FOTO

24 Aprel 2017 22:33

Azərbaycanlılar Hollandiyada kabab üstündə dalaşdılar -

24 Aprel 2017 22:28

"Artıq karyeramın sonudur"

24 Aprel 2017 22:27

Tramp və Merkel arasında telefon danışığı olub

24 Aprel 2017 22:27

Çaylarda suyun səiyyəsi necədir?

24 Aprel 2017 22:23

Toksikoz əslində düşmən deyil...

24 Aprel 2017 22:17

"Monako"dan 21-ci əsrdə bir ilk

24 Aprel 2017 22:12

Təzə kartof nə ilə faydalıdır?

24 Aprel 2017 22:12

Övladlığa uşaq götürmək istəyənlər, bunu nəzərə alın

24 Aprel 2017 22:12

Qadın intihar edib

24 Aprel 2017 22:12

Türkan Şorayla bağlı pis xəbər

24 Aprel 2017 22:12

55 yaşlı qadın intihar etdi - Cəlilabadda

24 Aprel 2017 22:04

Qırmızı gözlü albinos qız DÜNYANI HEYRAN ETDİ – FOTOLAR

24 Aprel 2017 22:03

QİÇS-ə yoluxanlar nikaha daxil ola bilərmi?

24 Aprel 2017 21:52

Bəşər Əsəd qüvvələri İdlibə hücum elədilər:

24 Aprel 2017 21:50

Əfqanıstanda hərbi baza yaxınlığında partlayış - Ölənlər var

24 Aprel 2017 21:48

52 yaşlı Monika Belluççi yenə valeh etdi - FOTO

24 Aprel 2017 21:47

"Cəbhə bölgəsində azərbaycanlı uşaqlar erməni snayperlərin hədəfi olurlar"

24 Aprel 2017 21:47

Müntəzəm velosipedlə gəzinti vaxtsız ölüm riskini azaldır

24 Aprel 2017 21:47

"Elə olur ki, üç ay hamama getmirəm"

24 Aprel 2017 21:42

Yeni ailə quranların xoşbəxtlik çiçəyi

24 Aprel 2017 21:37

Ermənilər yenidən Eldarın səhifəsini ələ keçirdilər

24 Aprel 2017 21:37

Arıqlamaq istəyənlər bunlardan imtina etməlidirlər

24 Aprel 2017 21:32

Məşhur bacılar zövqlü və rəngli geyimdə - FOTO

24 Aprel 2017 21:32

Bakı metrosunda həyəcanlı anlar:

24 Aprel 2017 21:28