Qadın hakim bu şəkillərə görə cəzalandı - FOTO/VİDEO

Qadın hakim bu şəkillərə görə cəzalandı -   FOTO/VİDEO
20:12 14 Yanvar 2016
111 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın keçmiş mankenlərindən olan Klaudia Romaninin hakimlik etməsinə qadağa qoyulub. Fanat.az xəbər verir ki, buna səbəb onun çəkdirdiyi fotolar olub.

Belə ki, Romani mankenlik fəaliyyətinə son qoyaraq hakimliyə başlayıb. Lakin o, ötən il "Milan" forması ilə fotosessiya etdirdiyindən A və B Seriyasında hakimlik etməsinə qadağa qoyulub. 

İtaliya Hakimlik Komitəsinin kurslarını birinciliklə bitirən və qaydalara görə ölkənin liqalarında hakimlik etmək hüququ qazanan Romani bir reklam üçün "Milan" formasında kamera qarşısına keçmişdi. Hakimin bir klubun forması ilə şəkil çəkdirməsinin etik normalara sığmadığı bildirilərək onun fəaliyyəti qadağan edilib.

Qərardan sonra açıqlama verən Romani "Ediləcək bir şey yoxdu. Hakimlər Komitəsi bir qərar qəbul edib, ona tabe olmaq məcburiyyətindəyik. Yoldaşlıq oyunlarına təyinat alacağıma inarıram" deyib.


Fanat.az





















Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qadn-hakim-bu-killr-gor-czaland-t46803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR