Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xəyanət böyük sevgiyə son qoydu (FOTO)

Xəyanət böyük sevgiyə son qoydu (FOTO)

"O qız sevgiyə inancını itirdi" - Rəqsanənin qızı ayrılığı təsdiqlədi - FOTO (07 Mart 2017 18:42)
Xəyanət edən arvadının başını kəsib bazar çantasına qoydu - FOTO (27 Fevral 2017 13:42)

Tarix: 14 Yanvar 2016 20:16

Türkiyə yığmasının və “Fənərbağça” klubunun məşhur futbolçusu Caner Erkin 6 illik həyat yoldaşı Asena Erkin ilə boşanır.

ANS PRESS-in məlumatına görə, ulduz futbolçu ötən gün məhkəməyə ərizə verib. Futbolçu verdiyi ərizədə həyat yoldaşı ilə yola getmədiklərini, həyatlarının dözülməz hala gəldiyini və evlilik birliyinin kökündən sarsıldığını ifadə edib.

Cütlük qarşılıqlı razılıqla boşanıb. Onların arasında əmlak bölgüsü olmayacaq. Oğulları Çinar anasında qalacaq. Futbolçu uşağıyla bəlli günlərdə görüşəcək. Asena isə qızlıq soyadına qayıdacaq.

Caner Erkin hər ay yoldaşına 10 bin lira (5 min 177 manat) ödəyəcək.


Berkay - müğənni

Cütlüyün ayrılma səbəbi isə Asena Erkinin müğənni Berkayla gizli münasibətləri olmasıdır.

2014-cü ildə tanınmış futbolçu həyat yoldaşına yaşıl rəngli "Lamborghini” hədiyyə verib.

Qiyməti 1,8 milyon olan yaşıl rəngli idman avtomobilində fotoları yayılan Asena Erkin bildirib ki, bu həyatının ən bahalı avtomobilidir.


"Lamborghini”

Teqlər:  Xəyanət böyük sevgiyə son qoydu FOTO



RƏYLƏR


Top xəbərlər