İnvestisiyalar, turizm və ümumi keçmiş Rusiya ilə Azərbaycanın birgə gələcəyinin rəhnidir

İnvestisiyalar, turizm və ümumi keçmiş Rusiya ilə Azərbaycanın birgə gələcəyinin rəhnidir
20:18 14 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Özbəkistan turizm sahəsində memorandum imzalayıb - FOTO (17 Aprel 2017 15:05)
Türkiyə Azərbaycanla birgə ölkələrarası turizm turları təşkil edə bilər (11 Aprel 2017 09:12)
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək (09 Aprel 2017 16:53)


Moskva, 14 yanvar, AZƏRTAC
Siyasətçilər və politoloqlar bildirirlər ki, 2016-cı il Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində yeni mərhələ olacaq.
Ötən il dünya üçün Yaxın Şərqdə dini ekstremizmin eskalasiyası, neftin qiymətinin düşməsi, iqtisadi böhranın istisnasız olaraq bütün ölkələrə, o cümlədən Rusiya və Azərbaycana təsir göstərməsi kimi xeyli problem yaradıb. Buna baxmayaraq, yenicə qədəm qoyan il Rusiya-Azərbaycan münasibətlərinin inkişafına ilk növbədə iqtisadi əlaqələrin daha da möhkəmlənməsi fonunda kömək edəcək. AZƏRTAC-ın müxbiri və Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) jurnalistləri tərəfindən rəyi soruşulan siyasətçilər bu barədə danışırlar.
Məsələn, Dövlət Dumasının büdcə və vergilər komitəsi sədrinin müavini Aleksandr Tarnavski hesab edir ki, mədəni və ticari əlaqələri inkişaf etdirmək üçün yeni təmas nöqtələri tapmaqda Rusiya və Azərbaycana əsası əvvəlki onilliklər ərzində qoyulmuş dostluq ənənələri kömək edəcək. Deputat deyib: “Həyat spiralvari inkişaf edir, Biz nə vaxtsa bir ölkədə yaşamışıq, indi mehriban qonşularıq. Hesab edirəm ki, 2016-cı ilin sonuna potensialımızı artırmağa və xalqlarımızın rifahı naminə irəliyə doğru hərəkət etməyimizə imkan verən sanballı nailiyyətlərlə yaxınlaşacayıq”.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev də bu nikbin əhval- ruhiyyəni dəstəkləyərək qeyd edib ki, ötən il üzən məzənnəyə keçən milli valyutaların devalvasiyası iki ölkənin iqtisadiyyatlarını daha rəqabətə davamlı edəcək. Deputat deyib: “Rublun və manatın üzən məzənnəyə keçməsi qiymət fərqi amilini tarazlaşdırır. Düşünürəm ki, biz Azərbaycan iqtisadiyyatında Rusiyanın rolunun, Rusiya iqtisadiyyatında Azərbaycanın rolunun güclənəcəyini gözləyə bilərik. Azərbaycan məhsul təchizatına görə artıq Rusiyada ilk yerlərdən birini tutub. Rusiya kənd təsərrüfatı maşınlarının, ağır maşınqayırma məhsulunun ixracı hesabına respublikada iştirakını genişləndirəcək və əlbəttə, biz yeni investisiya layihələrinin həyata keçməsini görəcəyik”.
Dövlət Dumasının deputatı Roman Xudyakov da iki ölkənin liderləri arasında dərin qarşılıqlı anlaşmadan danışaraq, diqqəti belə bir məsələyə cəlb edib ki, güc amili mövqeyi ilə müqayisədə dialoqun səmərəsiz olduğuna inanan bir çox digər ölkələrdən fərqli olaraq, Rusiya Azərbaycanın öz siyasətini yeritməyə və maraqlarını qorumağa çalışmasına hörmətlə yanaşır. O əmindir ki, son illərdə istər Rusiyanın, istərsə də Azərbaycanın siyasi təzyiqlərə məruz qalması bu ölkələrin yalnız yaxınlaşmasına kömək edəcək. R.Xudyakov vurğulayıb: “Azərbaycan ilə Rusiya öz səmimi münasibətləri ilə ilk növbədə Qərb dünyasını qıcıqlandırırlar. Hazırda Azərbaycan da həm Avropanın, həm də Amerikanın gözündən düşüb. Nə üçün? Çünki İlham Əliyev heç vaxt və heç kəs qarşısında diz çökməyəcək bir şəxsiyyətdir. O, Qərbə necə yararlanmaq barədə deyil, ilk növbədə öz xalqı barədə düşünür. Rusiya ilə Azərbaycanın arasını vurmaq üçün bütün cəhdlər nəticəsiz qalacaq, çünki ölkələrimiz bizi birləşdirən ümumi keçmişlə bağlıdır”.
Rusiya-Azərbaycan münasibətlərinin perpekstivlərini qiymətləndirən deputat Valeri Raşkin də Sovet dövründə ölkələrimiz arasında formalaşan əlaqələrə müraciət edərək deyib: “Mən SSRİ-də doğulmuşam və tərbiyə olunmuşam. Hesab edirəm ki, Sovet İttifaqı xalqlar arasında əsl dostluğun əsasını qoyub. Birlikdə biz həmişə güclüyük. Düşünürəm ki, bu il Rusiya ilə Azərbaycan ölkələrimizin potensialını birgə səylərlə inkişaf etdirməyə kömək edəcək imkanları axtaracaqlar”.
Təhsil sahəsində əməkdaşlıq və turizm bunun üçün ən perspektivli sahələr sırasındadır. RADM direktorunun müavini Denis Yakimenko xatırladıb ki, ötən il Bakıda Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılıb və bu, Rusiya ilə Azərbaycanın vahid təhsil məkanının formalaşmasına doğru yeni addım olub. Ekspert əmindir: “Bunu yaratmaq üçün hər cür zəmin var: Azərbaycan rus dilinə son dərəcə qayğı ilə yanaşır, orada rus dilində təhsil tam həcmdə saxlanılıb. Bu amil milli valyutaların devalvasiyası nəticəsində qiymətlərin tarazlaşması ilə yanaşı, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın ən ümidverici istiqaməti olan turizmə də müsbət təsir göstərəcək”.
Dəfələrlə, o cümlədən birinci Avropa Oyunları zamanı Azərbaycanda olmuş Dövlət Dumasının deputatları da onunla razıdır. Roman Xudyakov deyib: “Mən 15 illik siyasi karyeram ərzində dəfələrlə Azərbaycanda olmuşam. O, hər dəfə heyrətləndirir. Avropa Oyunlarına gəldiyim zaman yenə də mat qaldım. Ölkə getdikcə daha da çiçəklənir, maraqlı və öyrəniləsi məqamlar da getdikcə çoxalır. Azərbaycan hər bir turist üçün, xüsusən Rusiyadan olan turistlər üçün açıq ölkədir. İndi orada hər cür şərait yaradılıb ki, hər bir adam ora gələrək, özü üçün maraqlı nəsə tapsın: bax bu dənizdir, bu, dağ xizəyi kurortudur, bu da relaksdır... Bu, Azərbaycan rəhbərliyinin böyük nailiyyətidir. Onlar öz xalqı və aramızdakı qardaşlıq münasibətlərinin qorunub saxlanılması üçün çox iş görüblər”.
Ümummilli lider Heydər Əliyevin Rusiya-Azərbaycan əlaqələrinin formalaşmasında böyük rol oynadığını xatırladan Rusiya Federasiyası İctimai Palatasının üzvü, müfti Albir Krqanov vurğulayıb ki, böyük siyasi xadim olan bu şəxsiyyətə Rusiyada ehtiramla yanaşırlar. Dini lider deyib: “İndi biz vətəndaşlarımızın sülh və dostluq şəraitində necə yaxşı yaşadığının şahidiyik. Qadir Allahdan istədiyim budur ki, köməyini və dəstəyini heç vaxt bizdən əsirgəməsin, aramızda həmişə anlayış və məhəbbət hökm sürsün”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

22 yaşlı kamança ifaçısının görüntüsü ürək dağladı - Öləndə də kamançasını qucaqladı - FOTO

26 Aprel 2017 14:05

Rusiyada təyyarə qəzaya uğradı – SON DƏQİQƏ

26 Aprel 2017 14:03

FTX direktoru: “İŞİD və başqa terrorçu qruplaşmalar birləşmək üçün danışıqlar aparır”

26 Aprel 2017 14:02

Onlar müəllim, biz tələbə deyilik - YETƏR ARTIQ

26 Aprel 2017 13:57

Heydər Əliyev Sarayı bir ilkə imza atdı - FOTO

26 Aprel 2017 13:57

Ronaldu və Kroos "Real"ın heyətinə daxil edilmədi

26 Aprel 2017 13:57

Şəmkirdə azyaşlı qızı dərmanla yuxuya verib təcavüz etdi

26 Aprel 2017 13:57

Lavrov-Məmmədyarov-Nalbandyan görüşü aprelin 28-də olacaq

26 Aprel 2017 13:54

Avropadan gələn ÖLÜM TƏHLÜKƏSİ - Azərbaycanda vəziyyət NECƏDİR?

26 Aprel 2017 13:53

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı bilindi

26 Aprel 2017 13:52

Qadınları zorlamaq istəyən manyak tutuldu - FOTO

26 Aprel 2017 13:52

Sevdiyi qızı yataqda başqa kişi ilə tutdu və elə bir addım atdı ki... - FOTOLAR

26 Aprel 2017 13:48

"ABŞ bizi bu addımı atmağa vadar edir" - General

26 Aprel 2017 13:47

“İçerde” serialı haqqında SON QƏRAR

26 Aprel 2017 13:43

PA rəsmisi amerikalı siyasətçiyə YERİNİ GÖSTƏRDİ

26 Aprel 2017 13:43

Culiya Roberts "El-Klassiko"da - FOTO

26 Aprel 2017 13:42

Nazir müavini: "Qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin gələcək innovativ inkişafı üçün mühüm rol oynayacaq"

26 Aprel 2017 13:42

​Jurnalistlər üçün ekoloji jurnalistika mövzusunda təlim

26 Aprel 2017 13:42

Rusiya XİN: Moskvada Qarabağ görüşü olacaq

26 Aprel 2017 13:38

SOCAR: Azərbaycanın magistral qaz kəmərlərində texniki itki normadan aşağıdır

26 Aprel 2017 13:37

"Trampla problemləri olan Skott Dvorkin başqaları haqqında yalan danışmaqla təsəlli tapır"

26 Aprel 2017 13:37

Səlim Müslümov: ““İşsizlikdən sığorta haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub”

26 Aprel 2017 13:37

Azərbaycan-Şimali İrlandiya oyununun yeri dəyişdirildi

26 Aprel 2017 13:34

XİN rəhbərləri Moskvada görüşəcək

26 Aprel 2017 13:33

Yığmamız Avropa Kubokundan kənarda qaldı

26 Aprel 2017 13:32

Səudiyyə naziri: "Azərbaycan neft hasilatını öhdəlikdən daha çox azaldıb"

26 Aprel 2017 13:32

Sərxoş qadına "Facebook"un canlı yayımında təcavüz etdilər - VİDEO

26 Aprel 2017 13:29

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün tarixi açıqlanıb

26 Aprel 2017 13:27

Bombardirlərimiz sonuncular sırasında

26 Aprel 2017 13:27

895 min manat vəsaitin büdcədən yayınmasının qarşısı alındı - DGK

26 Aprel 2017 13:24

Ən dadlı tikə kababı necə bişirmək olar?

26 Aprel 2017 13:24

Rus hərbi kolonları Donetskə hərəkət edir - MÜHARİBƏ SİQNALI

26 Aprel 2017 13:23

Milli dövlətçilik düşüncəsinin işığında

26 Aprel 2017 13:22

Azərbaycan Beynəlxalq Təhlükəsizlik Konfransında təmsil olunur

26 Aprel 2017 13:19

Nalbandyan Elmar Məmmədyarovla GÖRÜŞDƏN QAÇDI

26 Aprel 2017 13:18

Günün matçlarını yayımlayacaq kanallar

26 Aprel 2017 13:17

Ağdaşda DƏHŞƏTLİ QƏZA: 7 yaralı var

26 Aprel 2017 13:17

Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib

26 Aprel 2017 13:17

Ekspert: "AŞPA-nın qərarı nə Aİ-yə, nə də Türkiyəyə xeyir gətirməyəcək"

26 Aprel 2017 13:17

İşsizlik sığortası ilə bağlı qanun layihəsi parlamentə göndərildi

26 Aprel 2017 13:14

Məşhur olduqdan sonra tamamilə başqa qadına çevrilən ulduzlar – FOTOLAR

26 Aprel 2017 13:13

Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

26 Aprel 2017 13:12

"SOCAR Trading": Kot d'İvuarda LNG terminalının tikintisinə ilin sonunda başlanacaq

26 Aprel 2017 13:12

Beşinci dəfə evlənən 60 yaşlı polkovnik danışdı

26 Aprel 2017 13:12

İndiyə qədər Azərbaycanda 445 sahibkara partnyor vergi ödəyicisi statusu verilib

26 Aprel 2017 13:07

Ekspert: "Maliyyə yardımının ləğvi Azərbaycanın ABŞ üçün əhəmiyyətinin azalması demək deyil"

26 Aprel 2017 13:07

2025-ci ilədək kommersiya qazının hasilat həcmi açıqlandı

26 Aprel 2017 13:05

Hansı uşaqlar peyvənd oluna bilməz?

26 Aprel 2017 13:05

Kişilər, diqqət! Bunlar sonsuzluğa səbəb olur

26 Aprel 2017 13:05

İŞİD başqa qruplaşmalarla birləşir - YENİ TƏHLÜKƏ

26 Aprel 2017 13:03