Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliya viruslara yoluxmuş 350-dən çox insana 10 milyon avro kompensasiya ödəyəcək

İtaliya viruslara yoluxmuş 350-dən çox insana 10 milyon avro kompensasiya ödəyəcək

Date: 14 January 2016 20:18


Roma, 14 yanvar, AZƏRTAC
İtaliya qan köçürülməsi zamanı müxtəlif viruslara yoluxmuş 350-dən çox insana 10 milyon avro həcmində kompensasiya ödəməlidir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə daxil olan şikayətlər əsasında araşdırma aparılıb. Məlum olub ki, məhkəməyə müraciət edənlərin əksəriyyəti müalicə və ya cərrahiyə əməliyyatı zamanı qan köçürmələri nəticəsində “Hepatit B” və “Hepatit C” viruslarına yoluxub.
Məhkəmə İtaliyada həyata keçirilmiş bir sıra qan köçürmələrinin müxtəlif xəstəliklərə yoluxma halları ilə nəticələnməsini artıq təsdiqləyib. Araşdırmalar nəticəsində məlum olub ki, 1985-ci ildən 2008-ci ilədək İtaliyada qan köçürmələri zamanı 2605 nəfər müxtəlif xəstəliklərə yoluxub. Onların əksəriyyəti müntəzəm qan köçürmələrinin tələb olunduğu talassemiyalı və hemofiliyalı xəstələri olub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Tags:  İtaliya viruslara yoluxmuş 350-dən çox insana 10 milyon avro kompensasiya ödəyəcək


RƏYLƏR


Top news