Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Yanvar
20:19 14 Yanvar 2016
86 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
Dünya qlobal böhran prosesinin ən ağrılı mərhələsinə daxil olmaqdadır. Gözlənildiyi kimi, hətta spekulyasiyalar belə neftin qiymətini artırmağa müvəffəq olmadı. Amerika neft İnstitutunun açıqlaması gündəlik orta qiyməti cəmi 12 saat 31 dollar həddində saxlaya bildi. ABŞ Energetika Nazirliyinin  ölkənin neft ehtiyatlarının artdığına dair hesabatından sonra neftin qiyməti sürətlə ucuzlaşır. Artıq 30 dollar belə neft üçün psixoloji baryer sayılmır, hətta gün ərzində qiymətlər iki dəfə 30 dolların altına düşüb. Bu səbəbdən qiymətin artmasında maraqlı olanlar həftənin son hərraclarını səbirsizliklə gözləyir, daha doğrusu həftə sonunun çatmasına sevinirlər. Lakin cümə gününün hərracları da neft üçün sevindirici heç nə vəd etmir. Yanvarın 15-də ABŞ ölkənin iqtisadi durumuna dair dörd hesabat açıqlayacaq ki, bu hesabatların pozitiv olması dolların digər valyutalara nisbətən daha da möhkəmlənməsi anlamına gəlir. Bu isə öz növbəsində neftin qiymətinə neqativ təsir edən amillərdəndir. Digər tərəfdən sabah Baker Hughes agentliyi Birləşmiş Ştatlarda qazma qurğularının sayına dair son rəqəmləri elan etməlidir. Qurğuların sayının artması paralel olaraq ABŞ-ın neft ehtiyatlarının artması demək olacaq. Bu səbəbdən 14 yanvar tarixi neftin 30 dollara satıldığı son gün ola bilər. 
 
Vüqar MƏSİMOĞLU


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR