Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Tarix fənninin başqa fənlərə inteqrasiyası (muzeyin eksponatları əsasında)” layihəsi çərçivəsində Nəsimi rayonundakı Texniki Humanitar Liseyin X sinif şagirdlərinin “Hacı Zeynalabdin Tağıyevin həyat və xeyriyyəçilik fəaliyyəti” mövzusunda açıq dərsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə layihənin əhəmiyyəti diqqətə çatdırılıb.
Liseyin şagirdi Aytən Əliyeva mövzu ilə bağlı geniş məlumat verib.
Sonra məktəblilər ədəbi-bədii kompozisiya göstəriblər.