İran üçün son həftə

İran üçün son həftə
20:46 14 Yanvar 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

Gələn həftənin bazar ertəsindən, yəni yanvarın 18 dən etibarən İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırılacaq.

ANS PRESS-in məlumatına görə, İranın yerinə yetirəcəyi öhdəliklər yanvarın 15-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yekun hesabatında yer alacaq.

Belə ki, bazar günü, “altılıq” nümayəndələri iyul ayında bağlanan əqdin icrasının təsdiq edilməsi və sanksiyaların ləğvi barədə bəyanat yayacaq.


İran İslam Respublikası

Hələ ötən ilin dekabrında İran prezidenti Həsən Ruhani televiziya ilə müraciəti zamanı bildirib ki, İranla dünyanın 6 qüdrətli dövləti arasında əldə edilən razılığa görə sanksiyalar 2-3 həftədən sonra ləğv ediləcək.


Həsən Ruhani-İran prezidenti

Beynəlxalq Atom Enerjisi Agentliyi də 2015-ci il dekabrın 16-da yekdilliklə İranın nüvə yoxlanışının dayandırılmasına dair qətnamə qəbul edib. Sənədə əsasən İranın nüvə silahı əldə etmək niyyəti olmayıb.

Sanksiyaların aradan qaldırılmasından sonra İran neft hasilatını sürətlə artırmağa başlayacaq ki, bununla da İran bir neçə həftədə neft hasilatını sutkada 500 min barel artıra bilər.

İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması sözsüz ki, dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyəcək. Bir sıra proqnozlara görə, nəhəng neft ixracatçısının sanksiyalardan azad olunması "qara qızılın" qiymətini aşağı salacaq. Dünya Bankınınproqnozu hətta 2016-cı ildə neftin bir barrelinin 10 dollara qədər ucuzlaşacağını vəd edir. Dünya Bankında hesab edirlər ki, yeni xammalın axını dünya bazarında qiymətləri 14% aşağı salacaq.

Maraqlısı odur ki, Avropa bazarlarına çıxış İrana maraqlı olduğu qədər Rusiyaya da maraqlıdır, Səudiyyə Ərəbistanının da fəal münbarizəyə qoşulduğunu nəzərə alsaq burada əsl mübarizə gözlənilir.

ABŞ əvvəlcə iyunun 30-da, daha sonra iyulun 9-da aparılan danışıqlıqların bir neçə dəfə uzadılmasının normal hal olduğunu bildirib. Bu zaman İran nüvə proqramı ilə fəaliyyətində geri çəkilib, bunun qarşılığında isə onlara ləğvi vəd edilib.

Nüvə razılaşması iyulun 14-də Vyanada əldə olunub. Razılıq İranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılması müqabilində o ölkəyə qarşı beynəlxalq sanksiyaların sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutur.


Tehranın nüvə proqramına dair danışıqlar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR