Bakıda balet axşamı olacaq

Bakıda balet axşamı olacaq
20:47 14 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 17-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Dmitri Şostakoviçin "Xanım və Xuliqan" və Sergey Prokofyevin "Tamahlar" baletlərindən ibarət balet axşamı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, rus balet sənətinin ən dəyərli nümunələrindən olan "Xanım və Xuliqan" tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək. Əsas rollarda xalq artisti Kamilla Hüseynova, aparıcı solistlər Anar Tahirov, Faiq Qubatov, həmçinin əməkdar artist Alsu Qimadiyeva çıxış edəcəklər.

"Tamahlar" baleti 2003-cü ildə fransalı xoreoqraf Alen Amber tərəfindən səhnəyə qoyulub. Tamaşa rus bəstəkarı S.Prokofyevin "Klassik simfoniya"sı əsasında səhnələndirilmişdir.

"Tamahlar" baletinin dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir. Solistlər xalq artisti Kamilla Hüseynova, əməkdar artistlər Yuri Lobaçov, Alsu Qimadiyeva, aparıcı solistlər Makar Ferştandt, Timur Oduşev, Failə Bolqarova, Veronika Arazova və başqalarıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/397990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR