Məşhur səyahətçi Azərbaycana səfər etməsinin 5 əsas səbəbi haqda

Məşhur səyahətçi Azərbaycana səfər etməsinin 5 əsas səbəbi haqda
20:51 14 Yanvar 2016
16 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Серебряный дождь” radiostansiyasının “Бон вояж” verilişinin aparıcısı və məhşur səyahətçi Aleksandr Bunin Azərbaycana səfəri haqqında “Moskva-Baku.ru” saytının əməkdaşına müsahibə verib. Bütün dünyanı gəzən A.Bunin Yeni il tətilində ölkəmizə səfər edib. 

Axşam.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi yayıb.

A.Bunin açıqlamasında bildirib ki, “Azərbaycan - şərq mətbəxinin təamlarından zövq alınacaq bir ölkədir” Bunin əlavə edib ki, “Azərbaycan Hava Yollarının ən tələbkar turisti belə yaxşı mənada təəccübləndirə bilib".

Səyahətçi səfəri zamanı ilk təcrübəsinin də elə burdan başladığını, Azərbaycana məxsus yeni “AZAL Boinq-767” təyyarəsinin rahatlığı, yeniliyi, ideallığı, qonaqpərliyi və yeməklərin çoxçeşidli olması ilə onu çox təəccübləndirdiyini bildirib. Bunin Azərbaycana səfər edəcək olan hər bir turistə bu aviaşirkətə müraciət etməyi tövsiyə edib.

Üçüncü səbəbi “Paytaxt Bakı- qədimiliyin, müasir üslubda olan memarlıq nümunələrinin və əzəmətli göydələnlərin birləşdiyi sehrli bir şəhərdir” deyə qeyd edib. İçərişəhərin hələ də öz qədim sehrini qoruyub saxlaması, bir zamanlar eşitdiyi və oxuduğu məlumatların canlı şahidi olması onda böyük təəssürat oyadıb. Bakıda aparılan tikinti işlərinin geniş miqyaslılığı, yeni binaların düşünülmüş arxitekturası, mərmərdən və bürüncdən olan çilçıraqları ilə diqqəti çəkən yeraltı piyada keçidlərinin möhtəşəmliyi onu heyran qoyduğunu deyib. A.Bunin yeni memarlıq işlərinin Bakının müasir siması olduğunu da vurğulayıb.

Dördüncü səbəb kimi “Azərbaycanın qonaqpərvərliyi hər bir xırda detalda belə əks olunur” deyə qeyd edib. Qonaq oteldə və restoranlarda qarşılaşdığı yüksək qonaqpərvərlikdən böyük məmnunluğunu bildirib, eyni zamanda qiymətlərin münasib olduğunu söyləyib.

Beşinci səbəb kimi isə “Şahdağda xizək tətili keçirmək heç də Avropa kurortlarından geri qalmır” deyib.

Şahdağ Turizm Mərkəzini səyahətçi özünün böyük kəşfi adlandırıb. Səyahətçi bu mərkəzin dövlətin maliyyə vəsaiti hesabına inşa edilməsindən təəccübləndiyini bildirib və buna görə Azərbaycan hökumətinə təşəkkür edib.

“Artıq görünür ki, Şahdağ istirahət və bütövlükdə turizm üçün perspektivli məkandır, burada işlər yüksək keyfiyyət və zövqlə görülmüşdür, dünya səviyyəli kurortdur”.

Müsahibənin sonunda Aleksandr Bunin maraqlı səfərlərindən sonra sosial şəbəkələrdə insanlara məsləhətlərini mütləq verdiyini deyib və bildirib ki, artıq bütün onun izləyiciləri Azərbaycan haqqında yazdıqlarına müsbət münasibət göstərir, bu ölkəyə səfər edəcəklərini qeyd edirlər.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR