Praqa Bratislavanın Aİ-nin növbədənkənar sammitinin çağırılması təklifini dəstəkləyir

Praqa Bratislavanın Aİ-nin növbədənkənar sammitinin çağırılması təklifini dəstəkləyir
20:58 14 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 14 yanvar, AZƏRTAC
Çex Respublikasının hökuməti bildirib ki, Slovakiyanın Baş naziri Robert Fitsonun Avropa İttifaqının miqrasiya problemi ilə bağlı növbədənkənar sammitini keçirmək təşəbbüsünü dəstəkləyir. Çexiyanın Baş naziri Boquslav Sobotka sonuncu iclasda təsdiq edib ki, ölkə hökuməti slovakiyalı həmkarın bu təşəbbüsünü dəstəkləyəcək, çünki o, Ümumavropa sərhəd hissələrinin formalaşması prosesini sürətləndirməyə yönəlib. Boquslav Sobotka deyib: “Mən bütün arqumentləri müzakirə etmişəm. Çex Respublikası onları dəstəkləyəcək”.
Robert Fitsonun təklifi Yeni il gecəsi Kölndə müşahidə olunan hücumlara reaksiya olub. Şahidlərin dediyinə görə, hücumları miqrantlar ediblər. Slovakiyanın Baş naziri əmindir ki, sərhəd qüvvələrinin yaradılması əleyhinə çıxan ölkələri bu addımın məqsədəuyğun olmasına inandırmaq lazımdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Praqa_Bratislavanin_AI_nin_novbedenkenar_sammitinin_chagirilmasi_teklifini_destekleyir-918574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR