İran üzərindən sanksiyaların götürülməsi təxirə salındı

İran üzərindən sanksiyaların götürülməsi təxirə salındı
21:04 14 Yanvar 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı İran üzərindən iqtisadi sanksiyaların götürülməsini yanvarın 28-dək  təxirə salıb. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, qərar İranın nüvə proqramına dair sazişin implementasiyasından əvvəl qəbul edilməsi zəruri olan texniki tədbirlər çərçivəsində qəbul olunub.

 

Qeyd edək ki,  razılaşmaya əsasən, İran üzərindən bir çox iqtisadi sanksiyaların götürülməsi “altılıq” və İran arasında sazişin əldə olunmasından altı ay keçdikdən sonra nəzərdə tutulub.

 

İran üzərindən sanksiyaların götürülməsi yanvarın 15-nə gözlənilirdi. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR