Otellərdə mübadilə şöbələri açıldı - VIDEO

Otellərdə mübadilə şöbələri açıldı - VIDEO
21:05 14 Yanvar 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Bank filialı və şöbələrindən kənarda fəaliyyət göstərən mübadilə məntəqələri bağlansa da, mehmanxana və hava limanlarında valyuta dəyişmək mümkündür. Mərkəzi Bank bu barədə məlumat yayıb.

Mərkəzi Bank bildirir ki, valyuta mübadilə əməliyyatları bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilməlidir. Mübadilə şöbələrinin fəaliyyətinə xitam verilməsində məqsəd əməliyyatlara nəzarət prosedurunun gücləndirilməsi, xidmət şəbəkələri və əməliyyat xərclərinin optimallaşdırılmasıdır.

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, hazırda əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə banklar kifayət qədər geniş xidmət infrastrukturuna malikdirlər. Bankların 914 filial və şöbəsi fəaliyyət göstərir ki, bunların da 458-i regionlarda yerləşir.

Mərkəzi Bankın məlumatında görə, operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə turizm xidməti göstərən obyektlərdə, xüsusilə də mehmanxana və hava limanında bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir. Hazırda ölkə üzrə 340, Bakı və Abşeron yarımadasında  149 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/397994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR