Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbayc

21:08 14 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2016-cı il.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasi_Hokumeti_ile_CHin_Xalq_Respublikasi_Hokumeti_arasinda_Ipek_Yolu_Iqtisadi_Kemerinin_yaradilmasinin_birge_tesviqi_haqqinda_Anlasma_Memorandumunun_tesdiq_edilmesi_barede_Azerbaycan_Respublikasi_Prezidentinin_Fermani-918581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR