Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq haqqında

Date: 14 January 2016 21:08


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq haqqında 2015-ci il dekabrın 3-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2016-cı il.

Tags:  Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək məşğulluq əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi


RƏYLƏR


Top news