İngilislər "Qalatasaray" kapitanına göz dikib

İngilislər "Qalatasaray" kapitanına göz dikib
21:11 14 Yanvar 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Bu il İngiltərə çempionatında adından söz etdirən "Lester" klubu "Qalatasaray"ın kapitanı Səlcuk İnanı transfer etmək istəyir.

ANS PRESS-in məlumatına görə, ingilislərin baş məşqçisi Klaudio Ranyeri Türkiyə yığmasının üzvünün alınmasına israrlıdır.

"Lester" rəsmiləri argentinalı futbolçuları Esteban Cambiassonun mümkün gedişindən sonra Səlcuku onun yerinə real namizəd kimi görür. "Lester" Cambiassonun gedişindən sonra boşalan mövqeyi məhz Səlcukla doldurmağı hədəfləyib.


Esteban Cambiasso

İngilislər artıq Səlcukun menecerləriylə əlaqə saxlayaraq ilkin danışıqlar aparıb. Həmçinin futbolçudan İngiltərədə oynamaqla bağlı fikirlərini öyrənib. "Lester" hazırda İngiltərə Premyer Liqasında topladığı 43 xal sayəsində "Arsenal"la şərikli liderdir.


Səlcuk İnan zərbəni vurmağa hazırlaşır

Qeyd edək ki, Səlckun keçən il UEFA-nın sosial şəbəkələrdə keçirdiyi sorğuda "ilin qolu" mekafatının qalibi olub.160 minə yaxın izləyicinin iştirak etdiyi sorğuda "Qalatasaray"ın kapitanı Selcuk İnan böyük üstünlüklə qalib gəlib. Səs verənlərin 69 faizi Selcukun İslandiyanın qapısına vurduğu həyati əhəmiyyətli qola üstünlük verib. Messinin Çempionlar Liqasında "Bavariya"ya vurduğu qol 19 faizlə 2-ci olub. "Roma"lı Alessandro Florenzinin ÇL-nin E qrupunda "Barselona"ya vurduğu qol isə 3-cü sırada yer alıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR