Dərdi vaxtında çəkmək lazımdı ki...

Dərdi vaxtında çəkmək lazımdı ki...
21:12 14 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Buddist şair dostlarımdan biri hərdən, səhərlər xoruz banından əvvəl zəng edib məni yuxudan oyadar, uzun-uzadı yuxudan tez oyanmağın faydalarından, səhər idmanının xeyirli tərəflərindən, meditasiyadan, nirvanadan danışardı. Deyirdi şair gec oyanandırsa, apar tulla, gec oyanan şair "uspet" edib xalqın dərdini çəkə bilmir, gec oyananda dərd boyatlaşır, dadı-duzu qaçır. Dərdi vaxtında çəkmək lazımdı ki, tez həzm olunsun, cana yayılsın, çarəsi tez tapılsın.

Adətən belə müdrik söhbətlərdən sonra biz təyin olunmuş yerdə görüşüb xaş yeməyə gedər, sonra olan-qalan dərdi-səri masaya düzüb, ədəb-ərkanla dərd çəkərdik. Yoxlamışam, səhərlər həm xaş, həm də dərd çox yaxşı gedir. Araqla-xaş, üstündən də təzə-tər dərd! Pəh! Ləzzət! 

Şair dostumun tövsiyəsini o vaxtdan qulağımda sırğa eləmişəm, qış-yay səhərlər tezdən oyanıb xaş yeməyə gedə bilməsəm də, şirin çay içib xalqın təzə-tər, "sveji" dərdlərini çəkirəm. Ümumiyyətlə, dərdi boyatlaşmağa, köhnəlməyə qoymaq düzgün deyil, köhnəlmiş dərdlər adamı çox narahat edir, necə deyərlər, gec həzm olunur. Əgər şairsənsə var gücünlə, vaxtında, zamanında xalqın dərdini çəkməlisən, müdriklərimizin də dediyi kimi, "xalqın yanında olmalısan". Hətta mümkün qədər xalqın dərdindən başqa işin, gücün, problemin olmamalıdır. Yaxşı şair xalqın dərdini çəkər, vəssalam. Biz dədə-babadan belə görmüşük. Toyda, ad günündə, yubileylərdə, qonaqlıqlarda, xudmani məclislərdə yaxşı şairi daima xalqın dərdini çəkən görmüşük.

İşdi-şayət şairin öz dərdi varsa, onu ancaq boş vaxtlarında çəkə bilər. Yəni, xalqın dərdini çəkərkən öz dərdinizi onun gözünə qatmaq düzgün deyil. Şair öz dərdini ciddiyə alanda xalqdan uzaq düşür. Mən xalq dərdi çəkməkdən üzülüb iynənin gözündən keçən neçə-neçə şair tanıyıram və o şairlərin hamısı, sadəcə, xalqın dərdini çəkib. Dərdi qatqısız, xalis şəkildə çəkmək isə yüksək istedadın, amansız intellektin, dərin savadın gücü ilə mümkündür. Cahil adam dərd çəkə bilməz. Bəli, istedadlı şair yaradıcılığı, ədəbiyyatı bir o qədər ciddiyə almadan xalqın dərdini düşünməli, xalqın dərdini çəkməli, ailə-uşaqdan, qohum-qardaşdan vaz keçib xalqın yanında olmalıdır. Ustad şairlərdən eşitmişəm ki, dərd çəkən şair, orqanizminin immun sisteminin çökməməsi üçün arada xaş, xəngəl, kabab kimi ağır və gec həzm olunan təamlar yeməli, dərdli bakteriyalardan, kədərli viruslardan qorunmaq üçün spirtli içkilər içməlidir. Bulaq suyu içib, xalqın dərdini çəkməzlər, bunu da hansısa buddist şairdən eşitmişəm.

Ümumiyyətlə, xalq hara gedir getsin, şair gedib xalqın yanında dayanmalıdır. Xalqı gözdən qoyanda, ondan uzaqlaşanda dərddən uzaqlaşmaq, nisgildən, fəraqdan uzaq düşmək təhlükəsi var. Tənha, yalqız şair dərd çəkə bilməz. Dərd yoxdursa, şair də yoxdur. Mən dərd çəkməyən, dərdin ağırlığından içkiyə qurşanmayan şairi ciddi şair hesab etmirəm. Heç vegeterian şair görmüsünüzmü? Şəxsən mən görməmişəm. Harda vegeterian, içki içməyən, siqaret çəkməyən şair görsəniz, o şairin istedadına şübhəylə yanaşın və bilin ki, bu cür istedadsız insanlar sizin dərdinizi çəkə bilməz. Şair yeyib-içməsə, xalqın dərdini çəkə bilməz! 

Bəli, dərd çəkmək bizə ulu babalarımızdan miras qalmışdır. Xaş milli mətbəximizin vazkeçilməz təamlarından biridir. Mənfur qonşularımıza imkan verməməliyik ki, milli mətbəximizin ən kədərli, ən hüzünlü yeməyinə sahib çıxsın. Mal xaşını deyə bilmərəm, amma qoyun xaşı yüz faiz Azərbaycana məxsusdur. Çünki bizim tariximizdə Ağqoyunlular, Qaraqoyunlular kimi ciddi dövlətlər mövcud olub. Qoyunçuluq isə bizim ən kədərli peşələrimizdən biridir. 

Son olaraq demək istəyirəm ki, şair dərd çəkməlidir, xaş yeyəndə də, xaşı həzm edəndə də...

Sağ olun!

Cəlil Cavanşir
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Arıqla, pul qazan - Yeni layihə - FOTOLAR - VİDEO

25 İyun 2017 14:28

"Tələblər beynəlxalq hüquqa ziddir" -

25 İyun 2017 14:24

Bakıda Formula-2 üzrə ikinci yarış başlayıb

25 İyun 2017 14:22

Atışma səhərə qədər davam etdi: Bayramı qana boyayacaqdılar

25 İyun 2017 14:18

Tovuzda orta yaşlı qadın özünü qatarın altına ataraq intihar edib

25 İyun 2017 14:17

F1-ə baxmaq üçün Bakıya gələn gözəllər - FOTOLAR

25 İyun 2017 14:07

Türkiyədə 2 terrorçu məhv edildi

25 İyun 2017 14:05

Nyukaslda sürücü avtomobili Ramazan bayramını qeyd edən insanların üzərinə sürüb

25 İyun 2017 13:57

"Şaxtyor"un qapıçısı "Qarabağ"a niyə keçdi?

25 İyun 2017 13:57

Bakının mərkəzində qadınlar arasında DAVA-DALAŞ

25 İyun 2017 13:54

Əfqanıstanda terror: 10 polis öldürüldü

25 İyun 2017 13:52

Çindəki faciədə ölənlərin sayı 24-ə çatdı -

25 İyun 2017 13:51

Xalq artistinin xanımı, əməkdar artistin anası - FOTO

25 İyun 2017 13:49

Finlandiyalı qonaq: Formula 1 Azərbaycanın dünyada təbliği üçün gözəl imkandır

25 İyun 2017 13:36

Tolik və Hüsniyə dünya ulduzu ilə bir arada - FOTO

25 İyun 2017 13:32

Türkiyənin şərqində 2 PKK terrorçusu məhv edilib

25 İyun 2017 13:29

Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu

25 İyun 2017 13:25

BAKIDA ƏMƏLİYYAT: Türkiyənin axtardığı şəxs yaxalandı

25 İyun 2017 13:24

"Gələcəkdə heç kim paltar geyinməyəcək" deyib, hamının çılpaq şəkillərini çəkdi - FOTOLAR

25 İyun 2017 13:23

Tovuz xəstəxanasında çağırış zənginə gec cavab verildiyinə görə həkim və tibb bacısı döyülüb

25 İyun 2017 13:22

İnterpol gələcəyin üç əsas təhdidini açıqladı

25 İyun 2017 13:22

Britaniya parlamentində həyəcan – Parollar oğurlandı

25 İyun 2017 13:13

Meksikada cinayətkar dəstə 11 nəfəri qətlə yetirdi

25 İyun 2017 13:12

Bakıda kafedə dava - Pakistanlı döyüldü

25 İyun 2017 13:12

Restorana basqın edib polis rəisini öldürdülər - MEKSİKADA

25 İyun 2017 13:09

Əfqanıstanda terrorçular NBM-ə hücum ediblər, ölənlər və yaralananlar var

25 İyun 2017 13:08

Fahriyenin xına gecəsindən ilk görüntülər - VİDEO - FOTO

25 İyun 2017 12:57

Türk klubundan Arda Turan bombası

25 İyun 2017 12:57

Türkiyədə sərnişin avtobusu aşdı -

25 İyun 2017 12:53

Sumqayıt sakinləri gecə dəhşət yaşadılar - Güclü yanğın - VİDEO

25 İyun 2017 12:42

Rumıniya yığmasının sabiq üzvü "Zirə"də

25 İyun 2017 12:37

Pakistan cəhənnəmi yaşadı -

25 İyun 2017 12:26

Çində torpaq sürüşdü: 140 nəfər itkin düşdü - VİDEO - FOTO

25 İyun 2017 12:22

Meraya Kerri: "Bakı, mən artıq yoldayam!" - VİDEO

25 İyun 2017 12:17

Çində sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

25 İyun 2017 12:12

Afrika qaçqını 10 yaşlı azərbaycanlı qızı zorladı

25 İyun 2017 12:08

Abşeronda yanğın -

25 İyun 2017 11:58

"Real" Ronaldonun yerinə onu transfer edir - 135 milyon avro

25 İyun 2017 11:57

Könül oğlu ilə gəzintidə - FOTO

25 İyun 2017 11:52

Bayram günlərinin hava proqnozu açıqlanıb

25 İyun 2017 11:50

Bayram günlərində hava necə olacaq? - PROQNOZ AÇIQLANDI

25 İyun 2017 11:49

Kafedə Pakistan vətəndaşını döydülər - BAKIDA

25 İyun 2017 11:44

183-dən 65-ə düşdü - FOTOLAR

25 İyun 2017 11:43

Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib

25 İyun 2017 11:43

Ramazan bayramı günlərində hava isti, küləkli olacaq

25 İyun 2017 11:37

Tanınmış müğənni boşanma səbəbini açıqladı - "Hələ də bilmirəm ki..."

25 İyun 2017 11:34

Donald Tramp müsəlmanları -

25 İyun 2017 11:28

Bayram günlərində ölkə ərazisində 37 dərəcəyədək isti gözlənilir

25 İyun 2017 11:27

ABŞ-ın Suriyada İran ziddiyyəti: Dostdurmu, düşməndirmi?..

25 İyun 2017 11:23

"Həyatımın konsertinə hazırlaşıram"

25 İyun 2017 11:22