Azərbaycanlı fotoqrafın Türkiyədə möhtəşəm sərgisi

Azərbaycanlı fotoqrafın Türkiyədə möhtəşəm sərgisi
21:15 14 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Türkiyənin Didim Ticarət Palatasının Mədəniyyət Mərkəzində Didim Halk Oyunları “G.S.K” dərnəyinin təşkilatçılığı ilə gənc, istedadlı fotoqraf Nurlan Tahirlinin “Yol ayrımında” fotosərgisinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk dəfə 2015-ci ildə Bakıda keçirilən “Yol ayrıcında” sərgisinin davamı olaraq keçirilən bu sərgidə kolleksiyaya bir neçə yeni əsər və interaktiv panoramalar əlavə olunub.
Tədbirdə çıxış edən Didim Halk Oyunları “G.S.K” dərnəyinin rəhbəri Arif Çolak, Didim qubernatorunun vəkili Mehmet Arabacı gənc rəssama xeyir-dua verib, belə sərgilərin davamlı olmasını arzulayıblar.
N.Tahirli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, N.Tahirli Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin idarəedilməsi fakültəsinin türk dili bölməsinin, Türkiyənin Sakarya Dövlət Universitetinin marketinq ixtisası üzrə magistraturasının məzunudur. Türkiyədə bir illik fotoqrafiya kursunda təhsil alıb. 2012-ci ildən beynəlxalq sərgilərdə iştirak edir. Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_fotoqrafin_Turkiyede_mohtesem_sergisi-918586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR