Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Karlovı Varıda Rusiyadan olan turistlər sayı kəskin azalıb

Karlovı Varıda Rusiyadan olan turistlər sayı kəskin azalıb

Date: 14 January 2016 21:18


Praqa, 14 yanvar, AZƏRTAC
Karlovı Varı meri hesab edir ki, Rusiyadan turist axınının kəskin azalmasından sonra boşalan yerli sanatoriyaları almanlar və israillilər doldura bilərlər. İsrail vətəndaşları arasında tələbatın artacağına ümid bəsləyən şəhər hökuməti artıq onlar üçün sanatoriya müalicəsinə dair xüsusi təkliflər paketi hazırlayır. Yeni aviamarşrutlar sayəsində bu il Çexiyanın populyar kurortu ilə Təl-Əviv və Düsseldorf şəhərləri arasında birbaşa reyslər açıla bilər. Karlovı Varı hava limanı regional mülkiyyətdir. Hazırda yerli hakimiyyət orqanları yeni aviamarşrutların açılması imkanlarını müzakirə edir, bu xidmətlər üçün güzəştli qiymətlər təklif edirlər. Uçuşları səmərəli etmək üçün isə təyyarələrdəki yerlərin üçdə iki və ya dörddə üç hissəsinin sərnişinlər tərəfindən tutulması kifayətdir. Hazırda Karlovı Varı aeroportu bütünlüklə Rusiyadan olan aviareyslərdən asılıdır. Lakin Ukrayna böhranı və rublun dəyərdən düşməsi ilə əlaqədar rusiyalı turistlərin sayı xeyli azalıb. Aeroportda sərnişin axını artıq inişil 20 faiz azalaraq, 85,5 min nəfərə çatıb. 2015-ci ilin statistikası hələlik açıqlanmayıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Tags:  Karlovı Varıda Rusiyadan olan turistlər sayı kəskin azalıb


RƏYLƏR


Top news