İnfarktı bir ay əvvəldən müəyyənləşdirmək olar ƏLAMƏTLƏR

İnfarktı bir ay əvvəldən müəyyənləşdirmək olar ƏLAMƏTLƏR
21:24 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İnfarktın bir çox göstəriciləri və simptomları var. Çoxları elə düşünür ki, infarktı əvvəlcədən bilmək mümkün deyil. Əslində isə elə deyil. Milli.Az lent.az-a istinadən bildirir ki, infarktın əlamətləri ilə sizi tanış edir.

Halsızlıq

Arteriyalar daraldıqda ürəyə qan az gedir. Bu da ürəyin daha çox işləməsinə səbəb olur. Bu halda isə adam özünü yorğun hiss edir.

Nəfəs darlığı

Ürəyə gedən qan azaldıqca ciyərlərə gedən oksigen də azalır. Bu iki orqan bir-birinə bağlıdır, biri olmasa, digəri də olmaz.

Zəiflik

Bədənin zəifliyi arteriyaların daralmasıyla bağlı ola bilər. Bu halda qan dövranı axsayır, əzələlər onlara lazım olan ehtiyacı qarşılaya bilmir. Nəticədə isə sizin başınız gicəllənərək, yerə yıxılmanıza gətirib çıxarır. Qan dövranı axsadıqda isə beyinə daha az qan gedir. Nəticədə baş gicəllənir və soyuq tərləmə baş verir. Bu hal ölümə də səbəb ola bilər.

İnfarkt riskini azaldın

Ürəyinizdə daralma, sıxıntı və ya yumşaq bir ağrı hiss edirsinizsə, bu, infarkt əlamətidir. İnfarkt yaxınlaşdıqca simptomlar da çoxalır. Səbəbsiz yerə qrip və soyuqdəymə simptomları yaşayırsınızsa, bu da infarkt xəbərçisi ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR