Siyəzəndə son vəziyyət

Siyəzəndə son vəziyyət
22:26 14 Yanvar 2016
983 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzən və digər rayonlarda ötən gün baş vermiş akisaylarla bağlı hüquq mühafizə orqanları araşdırmaları davam etdirir. Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Kərimov rayondakı son vəziyyət barədə ANS PRESS-ə danışıb.

"Bir qrup aksiya iştirakçısı yaxınlıqdakı dəmir yolunun üzərinə şpallar yığaraq qəza vəziyyəti yaradıblar. Aksiyanın qarşısının alınması üçün polis və daxili qoşunlar xüsusi vasitələrdən - səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları mülki və polis avtomobillərinə də ziyan vurblar", - deyə Oqtay Kərimov bildirib.

DİN nümayəndəsi Siyəzəndə aksiya və mitinqlərə baxmayaraq, ictimai asayişin qorunacağını deyib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumata görə, yanvarın 12 və 13-də respublikanın 4 bölgəsində - Fizuli, Ağcabədi, Ağsu və Siyəzəndə bir qrup şəxs qeyri qanuni etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu rayonlardan 3-də yerli icra hakimiyyəti orqanları ilə aparılan danışıqlardan sonra insanlar aksiya keçirmək fikrindən daşınıblar. Siyəzəndə isə polis qanunun pozulmasının qarşısını alıb.















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR