Məktəbə erkən gedən uşaqlarda psixoloji problemlər yaranır

Məktəbə erkən gedən uşaqlarda psixoloji problemlər yaranır
21:47 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Uşaqlar ağ kağız kimidirlər, nə yazsanız, onun izi qalacaq deyirlər. Beyinləri heç bir məlumatla kirlənməyən uşaqların hər hansı bir hadisəni və ya məlumatı problemsiz yaddaşlarına yazmaları da təəccüblü olmamalıdır. Çox zaman uşaqlarının bu qabiliyyətini dəyərləndirən valideynlər onların daha çox uğur qazanmaları və həyata daha tez atılmaları üçün məktəbə erkən başlamasının tərəfdarı olurlar. Lakin nəzərə almaq lazımdır ki, istedad məktəbə tez başlamaqla və ya 3-4 şeir əzbərləməklə əldə edilmir. Uşağı vaxtından əvvəl ağır bilgilərlə yükləmək hər zaman müsbət nəticələr verməyə bilər.

Milli.Az zaman.az-a istinadən bildirir ki, bir çox Avropa ölkələrində bu sahədə araşdırma aparılır və maraqlı məlumatlar ortaya çıxarılır. Belə ki, bu yaxınlarda Almaniyanın Münhen Lüdviq-Maksimilian Universiteti apardığı araşdırma zamanı uşaqların erkən yaşda məktəbə başlamasının onlarda diqqət dağınıqlığı və hiperaktivliyin pozulmasına səbəb olduğunu ortaya çıxarıb. Araşdırmanın nəticələri Fransada aparılan tədqiqatın nəticələri ilə eyni olduğundan psixoloqlar məktəbə vaxtından tez başlamağın doğru olmadığını hesab edirlər. Almaniyada 600 minə yaxın uşağın bu problemdən əziyyət çəkdiyi ehtimal edilir. Araşdırmanın rəhbəri professor Jörq Batsinq bu hala daha çox oğlan uşaqlarında rast gəlindiyini bildirib. Bəs, görəsən, uşaqların məktəbə başlaması üçün ideal yaş hansıdır? Məktəbə erkən başlamaq onların daha tez öyrənməsinə kömək olurmu? Uşağın qavrama qabiliyyəti necə müəyyənləşdirilir? Azərbaycanlı psixoloqlar bu barədə nə düşünürlər?

"Məktəbə başlama yaşı uşağın öyrənmə qabiliyyətinə görə dəyişir"

Məsələ ilə bağlı "Zaman-Azərbaycan" qəzetinə müsahibə verən psixoloq Aydan Talıbova uşaqların məktəbə başlamaq üçün ən uyğun yaşının 7 olduğunu bildirdi. Onun sözlərinə görə, hiperaktivlik məktəbə başlamaq üçün bir göstərici deyil: "Uşaqların 6 və ya 7 yaşında məktəbə başlamalı olduğuna dair bir qanun yoxdur. Uşağın hiperaktivliyi onun məktəbə başlaması üçün də bir göstərici deyil. Ümumiyyətlə, məktəb üçün ən uyğun dövr 7 yaş hesab olunur. Lakin bu, uşağın qavrama qabiliyyətinə görə dəyişir. Elə uşaq var ki, 7 yaşı var, amma 5 yaş səviyyəsindədir və ya tam əksinə, 6 yaşı olub, 7-8 yaş səviyyəsində olan uşaqlar da az deyil. Bunlar hamısı dəqiqləşdirilməlidir. Bildiyiniz kimi, uşaqlar məktəbə başlamazdan əvvəl imtahan olunurlar. Onların bilik səviyyəsi, dərketmə və öyrənmə bacarıqları yoxlanılır, daha sonra bu uşaq məktəbə başlaya bilər ya yox müəyyənləşir. Uşaqda qavrama yaşı aşağıdırsa, onun məktəbə tez getməsinin heç bir faydası yoxdur. Bu yaş tənzimlənməli, öyrənmə bacağına yiyələndikdən sonra uşaq məktəbə götürülməlidir".

"3-4 şeir əzbərləmək uşağın istedadlı olduğunu göstərməz"

Psixoloq onu da vurğuladı ki, məktəbə tez başlayan uşaqda əvvəl heç bir problem görünməsə də, bir müddət sonra, dərslər çətinləşdikcə onlarda ciddi psixoloji fəsadlar ortaya çıxa bilər: "Elə uşaqlar var ki, 6 yaşında məktəbə tamamilə hazır olur. Onlar birinci sinifə başlayırlar və 4 illik ibtidai sinifdə dərsləri normal öyrənirlər. Lakin yuxarı sinfə qalxdıqca dərslər daha da çətinləşir və uşağın öyrənmə qabiliyyəti aşağı düşür. Beləliklə də, öz yoldaşlarından geri qalan uşaqda depressiv hallar və psixoloji sarsıntılar baş qaldırır. Yəni valideynlər elə düşünməsinlər ki, uşaq 3-4 şeiri tez əzbərləyirsə, o, fitri istedad olacaq. Məktəbə başlamaq uşağın həyatında ən önəmli addımdır və onun bütün həyatını əhatə edir. Ona görə də həm valideynlər, həm də məktəb direktorları bu məsələyə daha diqqətli və həssas yanaşmalıdırlar. Bəzən valideynlər elə hesab edirlər ki, uşağın məktəbə tez başlaması onun bir addım öndə olması deməkdir. Bu, bəziləri tərəfindən uşağın həyata daha tez atılması kimi dəyərləndirilə bilər, lakin bu addım düzgün istiqamətdə atılırmı, onu düşünmək lazımdır".

Psixoloq A. Talıbova məktəbəqədər hazırlığın həm fiziki, həm də psixoloji cəhətdən uşağın həyatında önəmli rol oynadığını qeyd etdi: "Bildiyiniz kimi, uşaqlarda 3 yaşdan sonra bağça dönəmidir. Bu yaşda onlara hər şey oyun fonunda öyrədilir. Qalibiyyət, məğlubiyyət, paylaşmaq və s. kimi xüsusiyyətləri bu dövrdə öyrənirlər. 5 və 6 yaşda isə uşaqların məktəbəqədər hazırlıq dönəmidir. Həmin dövr uşaqlar üçün çox önəmlidir. Burada parta arxasında oturmaq, nəyi neçə dəqiqə etməli olduğu və bu kimi vərdişlər öyrədilir. Eyni zamanda bağça və məktəbəqədər hazırlıq uşağa valideyndən müəyyən bir müddətliyə ayrı qalmağı, onu gözləməyi öyrədir. Uşağın birbaşa evdən və ya bağçadan məktəbə göndərilməsi yanlışdır. Uzun müddət valideyndən ayrılmayan, həmişə onların yanında olan uşağın birdən-birə məktəbə başlaması onda ciddi psixoloji problemlərə səbəb ola bilir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlanla oynadı, xəstəxanalıq oldu

27 İyul 2017 22:49

Azərbaycan HHQ üçün 10 təyyarə aldı

27 İyul 2017 22:48

Angelina Coli və Bred Pit nə üçün ayrılıb?

27 İyul 2017 22:45

“Jara-2017” musiqi festivalı “Bakıya qaçaq” mahnısı ilə açılıb - FOTO

27 İyul 2017 22:42

Ərəb ölkələri terrorçular siyahısını genişləndiriblər

27 İyul 2017 22:42

Allah Təala niyə bəzən mömin bəndəsini gecə ibadətindən məhrum edir?

27 İyul 2017 22:42

Qüdsdə yenidən ara qarışdı: 50 yaralı

27 İyul 2017 22:39

İstanbula şiddətli dolu düşüb - FOTO

27 İyul 2017 22:37

Trampın yaxın şərq üzrə müşaviri vəzifəsindən getdi

27 İyul 2017 22:32

Azərbaycanda ŞOK STATİSTİKA: Boşanmaların orta yaş həddi...

27 İyul 2017 22:28

Azərbaycan Pakistandan hərbi təyyarələr aldı - TARİXİ SAZİŞ

27 İyul 2017 22:27

Yemişin hansı faydası və zərərləri var?

27 İyul 2017 22:22

“Saakaşvili üçün çox təəssüfləndim” - Gürcüstan prezidenti

27 İyul 2017 22:22

Venesuelada küçə etirazları qadağan olunub

27 İyul 2017 22:17

Azərbaycanda telekanal əməkdaşlarına hücum etdilər

27 İyul 2017 22:17

Sərnişin avtobusun 23 dəqiqə gecikməsinə səbəb oldu - VİDEO

27 İyul 2017 22:12

Lerikdə broyler fabrikində partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO

27 İyul 2017 22:12

Elektron ipoteka sistemi işə düşür - Avqustun 1-dən - VİDEO

27 İyul 2017 22:12

Bakının bu yerlərində də pulsuz “Wi-Fi” olacaq - VİDEO

27 İyul 2017 22:12

Səfərdə olan adam vaxtı daxil olduqda...

27 İyul 2017 22:12

Tovuzda qadın sirkə turşusu içdi

27 İyul 2017 22:09

Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz! - VİDEO

27 İyul 2017 22:05

Şou ulduzu kurortda erotik sessiyaya çəkildi - FOTO

27 İyul 2017 22:05

Bazarlarda qiymətlər bahalaşdı – Qiymətlər - VİDEO

27 İyul 2017 22:05

Bölgələrdə tikinti sektoru canlanıb - VİDEO

27 İyul 2017 22:05

Bakı bazarlarında ekzotik tərəvəzlər satılır - VİDEO

27 İyul 2017 22:05

Sumqayıtda 2 saylı marşrutun yolu dəyişdi: sakinlər narazı qaldı -VİDEO

27 İyul 2017 22:05

Tovuz rayon sakini intihara cəhd edib

27 İyul 2017 22:02

Yuxarı tənəffüs orqanlarının xəstəlikləri

27 İyul 2017 21:57

Azərbaycanda həbsdən azad edilənlərin sayı artıb

27 İyul 2017 21:57

FHN:"Azərbaycanda təbii fəlakət ve texnogen hadisələr 48 nəfərin həyatına son qoydu"

27 İyul 2017 21:54

ARB TV-nin çəkiliş qrupuna hücum etdilər - "Qaqa, cavan oğlansan, sözün varsa..." - VİDEO - FOTO

27 İyul 2017 21:52

Südəmər uşağa ət, meyvə və yumurtanı nə zaman verməli?

27 İyul 2017 21:52

“Vicdan haqqı”nın aktyoruna protez qoyulub

27 İyul 2017 21:52

Simic kişinin ailəsinin onun barəsində bəd duası qəbul olunar

27 İyul 2017 21:42

WhatsApp yeni rekord vurdu

27 İyul 2017 21:42

Abxaziyada rusiyalıların olduğu təyyarə qəzaya uğradı, ölənlər var

27 İyul 2017 21:34

Məşhur müğənni çimərlikdə pərt oldu - FOTO

27 İyul 2017 21:32

Hər gördüyünüzə inanmayın!

27 İyul 2017 21:27

Kakao yağının bilinməyən faydaları

27 İyul 2017 21:22

Bu qidaları yeyin, xoşbəxt olun!

27 İyul 2017 21:20

Çin ordusunun 90 illiyini Bakıda qeyd etdilər

27 İyul 2017 21:19

Hava limanı yolunda qəza baş verib

27 İyul 2017 21:17

"Medeniyyet" TV-də yeni müsabiqə başlayır

27 İyul 2017 21:17

Zooparkda DƏHŞƏT: Bəbir uşağa hücum etdi

27 İyul 2017 21:13

Azərbaycanlı teleaparıcıdan etiraf: "Xoşbəxt olsaydım, ailəmi dağıtmazdım" - FOTO

27 İyul 2017 21:12

Hədisləri oxumaqla şəriətin hökmlərinə əməl etmək olarmı?

27 İyul 2017 21:12

Dünyanın ən varlı adamı kimdir? - Lider dəyişdi

27 İyul 2017 21:03

"Bakı haqqında çox gözəl təəssüratlarım yaranıb" - Ani Lorak

27 İyul 2017 20:57

Vərəm və risk altında olanlar

27 İyul 2017 20:57