Aşıq Samirə: "Bəsdirin, biz arsız deyilik"

Aşıq Samirə: "Bəsdirin, biz arsız deyilik"
22:11 14 Yanvar 2016
176 Şou
Ölkə mətbuatı
A- A+

Aşıq Samirə sosial şəbəkədə foto paylaşan zaman onu böhrana görə topa tutub, qınayan izləyicilərə səslənib.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, sənətçi onlara "ayıb olsun" kəlməsini işlədib:

"Xalqın sevinci də, kədəri də, hal-hazırda yaşanan maddı problemlər bizə də aiddir. Hər dövürdə çətinliklər olub. Amma buna baxmayaraq yaradıcı insanlar sənəti ilə məşğul olurlar. Çünki bizi həm maddi, həm də mənəvi cəhətdən yaşadan sənətimizdir. Amma çoxları bu gün sənət nümayəndələrinə az qala xalq düşməni kimi baxırlar. Toy, bayram şəkilləri paylaşanda bəxtəvərlik verirsiniz. Mən bir kəlmə deyəcəm "ayıb olsun". Başqasının pulunu sayan, bəxtəvərlik verən nə bizim millətimizdən, nə də dinimizdən ola bilər. İnsanlıqdan isə heç bir söz gedə bilməz. Bəsdirin!

Bizim də problemimiz var. İşsiz olanımız, yetim qalanımız var. Biz siz dediyiniz arsız deyilik. Sadəcə şükr eləməyi bacarırıq. Terrordan, müharıbədən uzağıqsa, şükür edin məncə".


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/398001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR