Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Siyəzəndə son vəziyyət - FOTO

Siyəzəndə son vəziyyət - FOTO

Date: 14 January 2016 22:05

Daxili İşlər Nazirliyinin nümayəndəsi açıqlama verdi.
Siyəzən və digər rayonlarda ötən gün baş vermiş akisaylarla bağlı hüquq mühafizə orqanları araşdırmaları davam etdirir.
Milli.Az asnpress-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Kərimov rayondakı son vəziyyət barədə danışıb.

"Bir qrup aksiya iştirakçısı yaxınlıqdakı dəmir yolunun üzərinə şpallar yığaraq qəza vəziyyəti yaradıblar. Aksiyanın qarşısının alınması üçün polis və daxili qoşunlar xüsusi vasitələrdən - səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları mülki və polis avtomobillərinə də ziyan vurblar", - deyə Oqtay Kərimov bildirib.

DİN nümayəndəsi ictimai asayişin qorunacağını deyib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumata görə, yanvarın 12 və 13-də respublikanın 4 bölgəsində - Fizuli, Ağcabədi, Ağsu və Siyəzəndə bir qrup şəxs qeyri qanuni etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu rayonlardan 3-də yerli icra hakimiyyəti orqanları ilə aparılan danışıqlardan sonra insanlar aksiya keçirmək fikrindən daşınıblar. Siyəzəndə isə polis qanunun pozulmasının qarşısını alıb.
Milli.Az













Tags:  Siyəzəndə son vəziyyət FOTO


RƏYLƏR


Top news