Tacikistanda aclıqdır

Tacikistanda aclıqdır
22:05 14 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Ərzaq Siyasəti Beynəlxalq Tədqiqat İnstitutu (ƏSBTİ) Tacikistanı postsovet dövlətləri arasında aclıqdan ən çox əziyyət çəkən ölkə adlandırıb.
Milli.Az "Report"a istinadən xəbər verir ki, ƏSBTİ mütəxəssisləri tərəfindən hazırlanan reytinqə əsasən, Tacikistan əhalisinin 33 faizi aclıqdan əziyyət çəkir.
Ekspertlər ölkə əhalisinin iqtisadi rifah səviyyəsinin sərt şəkildə pisləşməsini əmək miqrantlarının pul köçürmələri həcmini əhəmiyyətli dərəcədə azatmaları ilə əlaqələndirirlər. Əsas səbəb kimi isə Rusiyadakı iqtisadi böhran göstərilir.
Tacikistan Milli Bankının məlumatına görə, ötən il daxilolmaların həcmi 2014-cü il ilə müqayisədə 40 faiz azalıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR