Tanınmışlar Niyam Salamini tək qoymadılar - fotolar

Tanınmışlar Niyam Salamini tək qoymadılar - fotolar
22:06 14 Yanvar 2016
67 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Niyam Salami konsert verib.

İfaçı Axşam.az-a açıqlamasında konserti ilə bağlı təəssüratlarını bölüşüb:
 
“Düşünürəm ki, bu konsert sevənlərimlə mənim aramda olan bir hesabatdır. Ötən gün çox möhtəşəm bir gecə yaşadım. Sürpriz hədiyyə aldım. Həmin hədiyyənin nədən ibarət olduğunu, kim tərəfindən verildiyini isə deyə bilməyəcəyəm. Təşkilatçılığını və aparıcılığını Aynur Hacıyevanın etdiyi konsertə yaxın dostlarım da təşrif buyurmuşdular. Repertuarımdakı mahnıları iki saat yarım ərzində oxudum. Bundan sonra bu cür konsertlərim çox olacaq. Qarşıda bir neçə layihəm var. Sənətimə qiymət verib, konsertimə gələn hər kəsə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, N.Salaminin konsertinə xalq artisti Ağa Cəbrayıl Abasəliyev, bəstəkar Nailə Mirməmmədli, müğənni Səidə Sultan, aktyor-aparıcı Sərxan Kərəmoğlu, model Azər Atakişiyev və qatılıblar.



Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR