Səlahət Ağayevin yeni klubu açıqlandı

Səlahət Ağayevin yeni klubu açıqlandı
22:12 14 Yanvar 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

“Sumqayıt” növbəti transferini həyata keçirib. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi yığmamızın üzvü Səlahət Ağayevlə güclənib. 

25 yaşlı qapıçı mövsümün sonuna qədər “Sumqayıt”ın şərəfini qoruyacaq. Qolkiper komandada 1 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Səlahət Ağayev 2012/13 mövsümündə “Sumqayıt”da çıxış edib və 23 qarşılaşmada meydana çıxıb. O, 8 dəfə Azərbaycan millisinin formasını geyinib. Onun son iş yeri "İnter" olub.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-slaht-aayevin-yeni-klubu-acqland-t46805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR